29 «Xidmətedici istehsalat və təsərrüfatlar» hesabı müəssisənin xidmətedici istehsalat və təsərrüfatlarının məhsul buraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar xərcləri haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Xidmətedici istehsalat və təsərrüfat dedikdə müəssisənin məhsul istehsalı ilə bağlı olmayan, lakin onun əmlakı sayılıb, balansında olan yaşayış evləri, yataqxanalar, məişət emalatxanaları, yeməkxana, uşaq bağçaları və s. başa düşülür.
29 «Xidmətedici istehsalat və təsərrüfatlar» hesabının debetində məhsul buraxılışı, göstərilən xidmət və yerinə yetirilən işlərlə bilavasitə əlaqədar olan birbaşa xərclər, həmçinin köməkçi istehsalın xərcləri əks etdirilir. Həmin hesabın kreditində istehsalı başa çatmış məhsulun, yerinə yetirilmiş işin və göstərilən xidmətin faktiki maya dəyərinin məbləği əks olunur. 29 «Xidmətedici istehsalat və təsərrüfatlar» hesabı üzrə ayın axırına olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.