Xidmətə görə elektron qaimə-faktura təqdim edilmədikdə xərcə necə silə bilərik?

posted in: Xəbər | 0
birbank biznes

Sual: Xidməti müqavilə bağlanarkən xidmət göstərən qarşı tərəfə elektron qaimə-faktura göndərməzsə xidmət göstərənə ödənilən məbləğ gəlirdən tutulan xərclərə aid edilə bilərmi?

Cavab: Bildiririk ki, statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura və elektron vergi hesab-fakturadan vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır. Bununla belə qeyd olunmalıdır ki, xidməti göstərən şəxs tərəfindən hər hansı səbəbdən elektron qaimə-faktura təqdim edilmədikdə, xidmətin alıcısı xidmətin göstərilməsini təsdiqləyən ödəniş sənədi xərc sənədi kimi nəzərə ala bilər.


Fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi?

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 58.8.2-ci, 71-1-ci və 109.8-ci maddələri, Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email