Xidməti müqavilə ilə işləyənlərin itirdikləri

birbank biznes

Xidməti müqaviləXidməti müqavilə ilə işləyənlərin itirdikləri


Xidməti müqavilə əsasında işləyən işçi həmin müqavilədə Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan tələbləri rəsmiləşdirməyibsə, işçi kimi bir çox hüquqlarından məhrum edilmiş sayılır. Buraya aşağıdakılar aiddir:
  • Əmək kitabçası açılmır və iş stajı hesablanmır;
  • İşçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququnu itirir;
  • Hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar;
  • Xidməti müqavilələyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir;
  • İşçi əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmir;
  • İşəgötürən (sifarişçi) müxtəlif bəhanələrlə işçi ilə əmək münasibətlərinə xitam verə bilər. Bu zaman sifarişçi Əmək Məcəlləsində göstərilən tələblərə görə hər hansı məsuliyyət və sosial öhdəlik daşımır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email