Xidmətlərimin bir qismini VÖEN-i olmayan sadə vətəndaşlara, bir qismini isə hüquqi şəxslərə göstərirəmsə hansı vergi ödəyicisi olmalıyam?

posted in: Xəbər | 0
birbank biznes

vergi ödəyicisiXidmətlərimin bir qismini VÖEN-i olmayan sadə vətəndaşlara, bir qismini isə hüquqi şəxslərə göstərirəmsə hansı vergi ödəyicisi olmalıyam?

Sual: İKT sahəsində xidmət göstərən bir fiziki şəxs göstərdiyi xidmətlərinin bir qismini VÖEN-ayan sadə vətəndaşlara, bir qismini isə hüquqi şəxslərə göstərirsə (tutaq ki, kompüter təmir edən, proqram təminatı yazan və.s.), yanvardan etibarən o hansı formada vergi ödəməlidir? İzahlarınıza görə sadə vətəndaşlara xidmətə sadələşmiş vergi tətbiq edilə bilər, amma hüquqi şəxslərə xidmətə gəlir/mənfəət vergisi tətbiq ediləcək. Ona görə də hər iki tip xidməti göstərənlər necə ödəyəcək, o maraqlıdır.

Sadə misal ilə də cavab versəniz, məncə məsələ hər kəsə aydın olar: Tutaq ki, mən illik dövriyyəsi 200 min azn-dən aşağı olan İKT sahəsində olan sahibkaram və cari hesabat dövründə hüquqi şəxslərə 5 min azn-lik, fərdi vətəndaşlara da 5 min azn-lik xidmət göstərmişəm. Xərcim də sıfırdır.(sadəlik olsun deyə sıfır götürək). Bu halda mənim rüb ərzində ödəməli olduğum vergi necə hesablanır? (sadələşmiş, gəlir, ƏDV varsa o, hamısı bir yerdə).


Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları hansı hallarda tətbiq edilir?

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Buna əsasən fərdi sahibkar kimi digər hüquqi şəxslərə xidmət göstərdiyinizi nəzərə alaraq sizin sadələşmiş verginin ödəyicisi olmaq hüququnuz olmadığından 1 yanvar 2019-cu il tarixdən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Sorğunuzda qeyd etdiyiniz halda, il ərzində əldə olunan gəliriniz 10.000 manat olarsa və gəlirdən çıxılan xərc olmazsa, əldə olunan gəlirdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faiz gəlir vergisindən azad olduğu üçün hesablanmış vergi 75 faiz azaldılır.

(10000-0)x20%=2000

2000-(2000×75%)=500

Mənbə: taxes.gov.az


Təsisçi vəfat edərsə MMC-ni necə ləğv etmək olar?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email