Xronometraj metodu ilə müşahidənin nəticələri əvvəlki dövrlərə şamil edilə bilər?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Xronometraj metodu ilə müşahidənin nəticələri əvvəlki dövrlərə şamil edilə bilər?


Sual: Sualım xronometraj metodu ilə yoxlamaya dairdir. Belə ki, A MMC-nin fəaliyyəti istirahət və əyləncələrin təşkili üzrə sair fəaliyyətdir. Məlumunuz olsun ki, bu cür fəaliyyətlərin gəlirləri olduqca mövsumi, hava və s. faktorlardan asılıdır. Məsələn, oktyabr ayında A MMC-də 1 həftəlik xronometraj üsulu ilə yoxlama aparılır. Bundan öncəki həftələrdə: 1-ci həfətəsində 900 manat, 2-ci həftəsində 1500 manat, 3-cü həftəsində 1100 manat gəlir olmuş və 4-cü həftəsində xronometraj müşahidə aparılan dövrdə 1.200 manat gəlir fomalaşmaqla günlük ortalama gəliri (1200:7)=171.43 manat aktlaşdırılır. Oktyabr ayında keçən həftələri və həftə içi günləri nəzərə almaqla müəssənin gəliri faktiki olaraq 5.000 manat təşkil etmiş olur və müəssisə tərəfindən bəyannamə təqdim edilərkən faktiki gəliri 5.000 manat olmaqla bəyan edilir. Bilmək istərdim ki, həmin təqdim edilmiş bəyannaməyə (171.43×31=5 314.33 manat) 314.33 manat məbləğ üzrə kameral uyğunsuzluq hesablanacaqmı?


Yaşayış sahələrinin satışı zamanı verginin hesablanması kalkulyatoru

Cavab: Bildiririk ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət vergi orqanlarının vəzifələrinə, vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə isə vergi orqanlarının hüquqlarına aid edilmişdir.

Vergi orqanı tərəfindən qeyd olunan vəzifəsinin icrası məqsədi ilə müvafiq hüquqdan istifadə edərək vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək, xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər.

Bu zaman xronometraj metodu ilə müşahidənin nəticələrinə görə vergilərin hesablanması həmin müşahidənin aparıldığı dövrdən başlayaraq tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 23.1.3-cü,  24.0.1-ci və 37.5-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email