Yarım ildə vergi orqanlarına nə qədər müraciət daxil olub??

posted in: Vergi, Xəbər | 0

Vergi orqanlarıCari ilin birinci yarısında vergi orqanlarına 47 min 299 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faizi azdır. Müraciətlərin 93,6 faizi ərizə, 6,1 faizi şikayət, 0,3 faizi isə təklif xarakterli olub.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən bildirilib ki, vətəndaş müraciətləri müxtəlif arayışların alınması, kameral vergi yoxlamaları, vergi borcları, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, vergi qanunvericiliyinin tətbiqi, səyyar vergi yoxlamaları və digər məsələlərlə bağlı olub.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İlin birinci yarısında vergi orqanlarına 2 min 893 şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22 faiz azdır. Vergilər Nazirliyinin aparatına daxil olan müraciətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz az olub.

Altı ayda vergi orqanlarının aidiyyəti struktur bölmələrinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən ümumilikdə 2 min 183 vətəndaş qəbul edilib. Hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün tədbirlər görülüb və müvafiq izahatlar verilib.

Mənbə: azertag.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *