İşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

İşçiyə ödənilən “yemək pulu”-ndan gəlir vergisi tutulur?

yemək pulu gəlir vergisiSual: Sualım AR Vergi Məcəlləsinin 98.5-ci maddəsinin tətbiqi ilə əlaqədardır. Bildiyiniz kimi, sözügedən maddədə işəgötürən tərəfindən işçinin yemək xərclərinin çəkilməsi işçinin vergi tutulan gəliri hesab edilməməli olduğu göstərilmişdir. Belə ki, müəssisənin işçisi özü ayrılıqda hər hansı ictimai iaşə müəssisəsində yemək yemiş və oradan aldığı NKA çekini müəssisəyə təqdim edərək ödədiyi məbləği müəssisədən geri almışdır. Bu halda işçiyə təqdim etdiyi NKA çekinə əsasən ödənilən məbləğdən gəlir vergisi hesablanmalıdırmı? Əlavə olaraq bildirək ki, müəssisə əmək haqqından gəlir vergisini AR Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən hesablayır.
Cavab: Bildiririk ki, muzdlu işlə əlaqədar alınan gəlirdən gəlir vergisi əmək müqaviləsinə uyğun olaraq hər ay üçün işçiyə hesablanmış muzdlu işlə əlaqədar alınan gəlir məbləğindən tutulur. İşəgötürən tərəfindən işçiyə hər bir iş günü üçün ödənilən yemək pulu işçinin muzdlu işlə əlaqədar alınan gəliri kimi onun aylıq əmək haqqı ilə cəmlənərək Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb edilir.
İşəgötürən tərəfindən işçiyə yemək pulu deyil, yemək verildikdə isə yeməyin dəyəri işçinin gəlirinə daxil edilmir.
Əsas: Vergi Məcəlləsinin 98.1-ci98.2.3-cü98.5-ci101-ci və 109.3-cü maddələri.
Mənbə: taxes.gov.az

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email