Yeni nəsil kassa aparatlarından keçən dövriyyə açıqlanıb

posted in: Xəbər | 0
birbank biznes

Yeni nəsil kassa aparatları, kassa-nəzarət aparatları, vəsait, POS-terminal, Nəzarət-kassa elektron kassa çeki“Yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) dövriyyəsi 1,295 mlrd. manata yaxın təşkil edilib”. (Yeni nəsil kassa aparatları)

Bu barədə Azərbaycan Vergilər nazirinin müavini İlkin Vəliyev “Vergi islahatları: birlikdə kölgədən işığa doğru” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, ölkədə yeni nəsil kassa aparatlarının tətbiqi ötən ildən başlayıb: “Nazirlər Kabinetinin təsdiq etdiyi qrafikə uyğun olaraq, bu kassa aparatlarının tətbiqi dörd mərhələdən ibarətdir. 2019-cu ildə onların tətbiqi ilə bağlı birinci və ikinci mərhələləri tam olaraq icra edilib, 91% göstərici qeydə alınıb. Üçüncü mərhələ isə cari ildə icra ediləcək”.

O əlavə edib ki, 9100 yeni nəsil kassa aparatı quraşdırılıb: “Bu aparatlar vasitəsilə bu günə qədər 105 mln. çek çap edilib, dovriyyə isə 1,295 mlrd. manata yaxın olub”.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Yeni nəsil kassa aparatları
Print Friendly, PDF & Email