Yerli sığorta bazarının dayanıqlı inkişafı üçün prioritetlər açıqlandı

posted in: Xəbər | 0
birbank biznes

sığorta bazarı, sığorta olunanın hüquqları, fərdi uçot,“Yerli sığorta bazarının yeni mərhələdə inkişafı üçün kifayət qədər potensialı var və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) bu potensialın doğru dəyərləndirilməsi istiqamətində sığortaçılara öz dəstəyini fundamental əsaslarla təşkil edəcək”.

Bunu bu gün keçirilən mətbuat konfransında Assosiasiyanın yeni fəaliyyət konsepsiyasını açıqlayarkən ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev qeyd edib.

“İlk növbədə pandemiyanın yaratmış olduğu boşluqların doldurulması, bununla paralel olaraq dəyişən müştəri davranışları və yeni dönəm şərtlərinə adekvat fəaliyyətin tətbiqi sığortaçılar üçün başlıca prioritet olacaq. ASA yeni fəaliyyət konsepsiyasını məhz vu reallıqları nəzərə alaraq hazırlayıb”, – deyə A.Əliyev bildirib.

Daha sonra yeni konsepsiyanın funksionallıq baxımından bir xətli və çoxşaxəli olub, davamlı inkişaf üçün zəruri olan elementləri özündə ehtiva etdiyi bildirilib. Vurğulanıb ki, yerli sığorta bazarının davamlı və dayanıqlı inkişafının təmin olunmasında sığortaçıların fəaliyyətinin stimullaşdırılması, dünyəvi təcrübə və statistik hesabatlılığın tətbiqi üçün lokal və qlobal müstəvidə təşkilatlarla qarşılıqlı əməkdaşlıqların qurulması və daha geniş trayektoriyalı maarifləndirmə işlərinin aparılması konsepsiyanın əsas hədəf indikatorlarını təşkil edir.

Haql-hazırda ölkədə 21 sığorta və bir təkrar sığorta şırkətləri fəaliyyət göstərir. Ötən ilin iyul ayı ilə müqayisədə bu ilin iyulunda sığorta haqları 10,53% artaraq 467 mln 483 min manat, sığorta ödənişləri isə 44,34% artaraq 223 mln 196 min manata çatıb.

Mənbə: report.az


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email