fbpx

Yükdaşıma fəaliyyətinin vergiyə cəlb edilməsi

posted in: Xəbər | 0
birbank biznes

Yükdaşıma xidməti ilə məşğul olan müəssisənin mülkiyyətində yüksək yükgötürmə qabiliyyətinə və xüsusi təhlükəli yüklərin daşınmasını həyata keçirən xüsusi nəqliyyat vasitələri vardır. Respublika daxilində digər müəssisələrlə bağlanan müqavilələr əsasında yükdaşıma xidmətləri həyata keçirən müəssisənin nəqliyyat vasitələrinin yük daşıması ilə bağlı fəaliyyət növü üzrə vergi öhdəlikləri necə həyata keçirilməlidir? (vergi növü, bəyannamə təqdim etmə və s.) (Yükdaşıma fəaliyyəti)

Vergilər Nazirliyinin şərhinə əsasən, mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində yük daşımalarını, o cümlədən təhlükəli yüklərin daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi sayılır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər aşağıdakı tələblərə cavab verdiyi halda ƏDV qeydiyyatına alına bilər:

  • göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
  • digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;
  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Bax: İşçiyə ezamiyyə haqqı hansı formada ödənilməlidir?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər hər il yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir. Həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

“Fərqlənmə nişanı” mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Vasitəçilik xidməti göstərən şəxs əldə etdiyi bütün gəlirlərdən gəlirin əldə olunması ilə bağlı xərcləri çıxdıqdan sonra mənfəət vergisini ödəməlidir.

Mənbə: vergiler.az

Bax: Xaricdən gələn minik avtomobilləri üçün yol vergisi


Print Friendly, PDF & Email

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!