Zoom-un təsisçisi gün ərzində beş milyard dollar qazanıb

posted in: Xəbər | 0
birbank biznes

Zoom onlayn-konfrans servisinin yaradıcısı Eric Yuan bir gün ərzində 5,2 milyard dollar qazanıb. Onun sərvəti 22 milyard dollara çatıb, bu haqda Bloomberg nəşri yazıb.

Zoom səhmləri avqustun 31-də, bazar ertəsi günü rüblük mənfəət (il ərzində 355 faiz) hesabatını yayımladıqdan sonra 32 faiz artaraq 664 milyon dollara yüksəlib. Şirkətin təmiz mənfəəti demək olar ki, 186 milyon dollar təşkil edib. Zoom-un müştəri bazası 2019-cu illə müqayisədə 458 faiz artaraq, 370,2 min şirkətə yüksəlib.

Zoom koronavirus böhranının əsas benefisiarlarından birinə çevrilib. Ondan əlavə, planetin ən zəngin adamı hesab olunan Amazon şirkətinin yaradıcısı və sahibi Jeff Bezos-un korporasiyası da pandemiyadan qələbə ilə çıxıb. Milyarderin özü isə 2020-ci ildə dünya tarixində sərvəti 200 milyard dolları ötün keçən ilk insan olub.

Yeni böhranın daha bir benefisiarı Tesla şirkəti və onun qurucusu Elon Musk hesab edilir. Onun sərvəti 114 milyard dollara kimi artıb, beləliklə, o Bloomberg versiyası üzrə dünyanın ən zəngin adamlarının siyahısında üçüncü pilləyə yüksəlib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email