Ən məşhur on mühasibin kim olduğunu bilirsinizmi?

 

Elizabet Arden, Herbert Uels, Aleksandr Vertinskiy, Mixail Zoşenko, Meyer Amşel, Allen Karr, Henrix Şlimann, Uilyam Porter, Frenk Robinson, Karl Marks. Bu ad və soyadlar sizə nəsə deyirmi?

Bu şəxslərdən ikisinin ad və soyadları bizlərə bir qədər tanış gəlir. Herbert Uels – məşhur fantastika yazıçısı və Karl Marks – “Kapital” əsərinin müəllifi. Bəs digərləri kimdir, onlar adlarını tarixə nə ilə yazdırıblar, mühasibatlıq və mühasibliyə onların nə aidiyyatları var axı?

Sən demə, var imiş və onların hər biri əmək fəaliyyətinə elə mühasib kimi işləməklə başlayıblarmış. Amma sonrakı həyat fəaliyyətləri belə demək mümkünsə, dünyada daha çox iz qoyub. Onların bir qisminin adı ən nüfuzlu amerikalılar siyahısına düşüb, aralarında məşhur yazıçı, şair, müğənni, aktyor, kalliqraf, arxeoloq, klinika sahibi və digərləri olub. Nəhayət, məşhur Rotşildlər nəslinin nümayəndəsi də bu sırada olub.

Entoni Cey “İdarəetmə və Makiavelli” əsərində deyib: “İqtisadiyyata mühasiblər lazım deyil. Ona öncəgörənlər lazımdır…”

 

10cu yer: Elizabet Arden mühasib işləyə-işləyə öz şəxsi təcrübəsi əsasında kosmetologiya sahəsində ilk tədqiqatlarını aparıb. 1910-cu ildə Nyu-Yorkun ən prestijli küçəsi sayılan 5-ci avenyüdə onun ilk gözəllik salonunun açılışı olub. 90-cı illərdə Life jurnalı Ardeni “XX əsrin ən nüfuzlu amerikalıları” sırasına daxil edib.

 

 

 

 

9-cu yer: Herbert Corc Uells aşağıdakı təhsilləri alıb: 6 il ərzində “kommersiya akademiyası”nda mühasibatlıq və kalliqrafiyanı öyrənib, əczaçı şagirdi olub, “qrammatika məktəbi”ndə oxuyub, manufaktura dükanında katib işləyib, yuxarıda adı çəkilən “qrammatika məktəbi”ndə kiçik müəllim kimi çalışıb, sonra üç il Kral kollecində biologiya kursunu əla mənimsəyib, eləcə də fizika kursunu öyrənib və geologiya kursunda isə uğur əldə edə bilməyib. Nəticədə bütün bunlar, o cümlədən mühasibatlıq onun əsərlərində öz əksini tapıb.

 

 

 

8-ci yer: Aleksandr Vertinskiy Kiyevdəki “Yevropeyskaya” otelində mühasib kimi çalışmağa başlayıb. Vəzifəsinin öhdəsindən gəlmədiyinə görə oradan işdən çıxarılıb. Sonralar Vertinskiy rus estradasının kumirlərindən birinə çevrilib. Eləcə də aktyor kimi filmlərdə çəkilib, bəstəkar, şair, müğənni kimi məşhurluq qazanıb. Bir sözlə, XX əsrin birinci yarısında özünü bir çox peşə sahəsində sınaqdan keçirib.

 

 

 

 

7-ci yer: Gələcək yazıçı-satirik Mixail Zoşenko 1917-ci ilin oktyabr hadisələrindən sonra Petroqrad limanında mühasib köməkçisi kimi işə başlayıb və oradan pul mənimsəməyə görə qovulub. Sonradan onun hekayələrində mühasiblərə də az yer verilməyib.

 

 

 

 

6-cı yer: Təvazökar mühasib Meyer Amşel evinin qapısında üzərində ivrit dilində adı yazılmış qırmızı qalxan asılıb. Düzdür, sonradan onun nəslinin nümyəndələri Rotşild soyadını götürmüşdülər ki, o da “qırmızı qalxan” kimi tərcümə edilir.

 

 

 

 

5-ci yer: Keçmişdə yüksək ixtisaslı və uğurlu mühasib olan Allen Karr siqaret düşkünü olub və gün ərzində yüzdən çox siqaret çəkib. Nəticədə Allen Karr öz metodikası əsasında bütün dünyada məşhur olan “Siqaret tərgitmənin ən asan üsulu”nu yaradıb. Hazırda Karrın klinikaları hər bir siqaret aludəçisinə nikotin asılılığından qurtarmağa və bu müalicə kurslarının uğursuz nəticələnəcəyi təqdirdə xərclənən pulun geri qaytarılacağına zəmanət verir.

 

 

 

4-cü yer: Henrix Şlimann iri şirkətlərdən birində mühasib işləyib. İlk dəfə çay gəmiçiliyi yolu ilə Rusiyaya quru çayı o çatdırıb və bundan böyük mənfəət əldə edib. Amma, Şlimanın ən böyük uğuru bu hesab edilmir, belə ki, hamının ədəbi uydurma hesab etdiyi qədim Troya şəhərini məhz, o axtarıb tapıb.

 

 

 

 

3-cü yer: Amerikalı mühasib Uilyam Porter mənimsəmədə ittiham olunaraq (bunun nə qədər ədalətli olub-olmaması məsələsi mübahisəlidir) həbsxanaya düşür. Qəmdən və çarəsizlikdən o, hekayələr yazmağa başlayır. Porter həbsxananı məşhur novella ustası kimi tərk edir. Onun təxəllüsü – O. Henridir.

 

 

 

 

2-ci yer: Əczaçı Con Pembertonun mühasibi Frenk Robinson təkcə yaxşı mühasib olmayıb, o həm də gözəl kalliqraf olub. 1886-cı ildə “Coca-Cola” sözünü düşünərək tapan və yuvarlaq formada gözəl hərflərlə yazan o olub, hansı ki, bu gün də qorunub saxlanılır.

 

 

 

 

1-ci yer: Karl Marks. Bismark bir dəfə belə deyib: “Bu mühasibin əlindən bütün Avropa dad qılacaq”.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *