Mühasibat uçotunun əsasları – mühasibat uçotu nədir?

posted in: Uncategorized | 0

Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

    • təsərrüfat əməliyyatları: müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakını, kapitalını, öhdəliklərini, onların hərəkətini, maliyyə nəticələrini və ümumiyyətlə maliyyə-təsərrüfat fəaliyyətini ayrı-ayrılıqda özündə əks etdirə bilən faktlardır.
    • ilkin sənədlər: təsərrüfat əməliyyatlarını və onların aparılması üçün rəhbərliyin (sahibkarın) göstərişini təsdiq edən yazılı şəhadətnamədir.
    • mühasibat uçotu registrləri: təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə əsasən sistemləşdirilməsidir.
    • inventarizasiya: müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, hesablaşmalarının, maddi və digər sərvətlərin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi və sənədlərlə rəsmiləşdirilməsidir.
    • mühasibat uçotu hesabı: təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasib uçotunda digər informasiyanın qruplaşdırılması və saxlanılması üçün əsas vahiddir. Mühasibat uçotunda sintetik hesab əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasına xidmət edir. Analitik hesab isə sintetik hesablardakı məlumatları daha təfsilatı ilə qruplaşdırır. Subhesab qruplaşdırılmış analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir.
    • mühasibat uçotunun hesablar planı: mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik və subhesabların məcmuudur.
    • mühasibat uçotunun standartları: bu qanunun müddəalarının inkişafı məqsədilə qəbul edilmiş mühasibat uçotunun aparılmasına dair icbari qaydaları və ya göstərişləri müəyyən edən normativ sənəddir.
    • adi (normal) əməliyyat dövrü: xammal, material, əmtəə və s. sərvətlərin alındığı, pul (kapital) qoyulduğu gündən etibarən onların nəticələrinin yenidən hazır məhsula, iş və xidmətə çevrilərək satıldığı dövrədək olan müddətdir.
    • dövriyyə vəsaitləri (aktivləri): bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) istehsalat, tədavül və istehlak sahələrində iştirakı nəzərdə tutulan pul vəsaitləri və digər aktivlərdir. Bunlara kassada və bankda olan pul vəsaitləri,tez satılan qiymətli kağızlar, debitor borcları, mal ehtiyatları, xammal, materiallar, bitməmiş istehsalat, hazır məhsul, gələcək dövrün xərclərinin cari hissəsi aiddir.
    • dövriyyədənkənar (uzunmüddətli) aktivlər: bir neçə il istifadəsi nəzərdə tutulan faydalı xassələrdir. Bunlara əsas vəsaitlər, kapital, yaxud başqa maliyyə qoyuluşları, qeyri-maddi aktivlər aiddir.
    • qeyri-maddi aktivlər: fiziki əsası olmayan, lakin sahibkarın imtiyazı və hüququ əsasında dəyər yaradan dövriyyədənkənar aktivlərdir.
    • müəssisə əmlakı: müəssisənin dövriyyə və dövriyyədənkənar aktivlərinin məcmuudur.
    • cari öhdəliklər: bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) ödənişi nəzərdə tutulan alınmış ssudalar, qiymətli kağızlar, verilmiş veksellər və s. öhdəliklərdir.
    • uzunmüddətli öhdəliklər: ödənişi bir ildən çox müddətə nəzərdə tutulan öhdəliklərdir.
    • maliyyə qoyuluşları: səhmlərin, istiqrazların və başqa qiymətli kağızların alınması, başqa müəssisələrə nizamnamə kapitalı qoyulması, borc verilməsi və s. ilə əlaqədar müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin investisiya qoyuluşlarıdır.
    • ilkin dəyər: alınması , quraşdırılması və başqa analoji xərcləri də daxil etməklə əmlakın, obyektin əldə edilməsinə çəkilən faktiki məsrəflərdir.
    • bərpa dəyəri: mövcud vaxtda istifadəsi zəruri olan dövriyyədənkənar aktivlərin mümkün məsrəflərinin qiymətləndirilməsidir.
    • maliyyə (mühasibat) hesabatı: müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, maliyyə vəziyyətinin, təsərrüfat fəaliyyətinin nəticələrinin və s. istifadəçilər (səhmdarlar, kreditorlar, sahibkarlar, dövlət orqanları və s.) üçün təyin edilmiş formalarda öz əksini tapa bilən mühasibat uçotunun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin yekunlarının məcmuudur.
    • mühasibat balansı: hesabat dövrünün son gününə müəssisənin, idarənin, təşkilatın və digər təsərrüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır.

 

mühasibat uçotu pdf, muhasibat ucotu haqqinda, muhasibat ucotu nezeriyyesi, mühasibat uçotu hesablar planı, muhasibat kurslari, maliyye ucotu pdf, muhasibat ucotu test, mühasibat balansı

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *