Statistikin əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

Əmək funksiyası. Rəsmi orqanların təyin etdiyi forma və müddətdə müəssisə, idarə və təşkilatların statistik hesabatlarının tərtib olunması işini yerinə yetirir. Müəssisə, idarə və təşkilatların bölmələri tərəfindən təqdim olunan, müvafiq bölmələrin işini və texnoloji avadanlığın, nəqliyyatın keyfiyyət xüsusiyyətlərini əks etdirən məlumatları toplayır.

Alınan məlumatların düzgünlüyünü, onların ayrı-ayrı bölmələri üzrə keçmiş məlumatlar ilə tutuşdurmaqla yoxlayır. Verilən məlumatları sistemləşdirir və emal edir (onları qruplaşdırır, nəticələrini, nisbi göstəriciləri hesablayır və s.). Müəssisə, idarə və təşkilatların istehsalat və təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində iştirak edir. Statistik uçotun məlumatları əsasında müxtəlif arayışlar hazırlayır.

Bilməlidir: müəssisələrdə statistik hesabatın təşkilini; iqtisadi statistikanın əsaslarını; müəssisə, idarə, təşkilat və onun bölmələrinin işinin göstəricilərinin texniki-iqtisadi təhlili metodlarını; statistik uçot və hesabat üzrə ilkin sənədlərin formalarını və onların doldurulması üzrə əsasnamə və təlimatlar istehsalın təşkilinin əsaslarını; hesablama texnikasının istismarı qaydasını; əməyin təşkilinin əsaslarının əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını;

Ödəniş dərəcələrinə ixtisas tələbləri: iş stajına tələb qoyulmadan müvafiq sahə üzrə orta ixtisas təhsili və ya ümumi orta təhsil və müvafiq iş üzrə 1 ildən az olmayaraq iş stajı;

4-cü dərəcə: daha yüksək ixtisaslı mütəxəssisin bilavasitə rəhbərliyi altında vəzifə borcunu yerinə yetirdikdə;

5-ci dərəcə: daha yüksək ixtisas mütəxəssisin ümumi rəhbərliyi altında vəzifə borcunu yerinə yetirdikdə.

Print Friendly, PDF & Email