Heç bir şişirtməyə yol vermədən demək olar ki, Yaponiya çox unikal bir ölkədir. Bu ölkədə nanotexnologiyalar qədim ənənələrlə olduqca heyrətamiz bir şəkildə bir-birilə uyuşur, hətta bəzi qədim ənənələr qanunlarla paralel şəkildə fəaliyyət göstərir. İndi isə bu haqda ətraflı məlumat verək:
- Yaponlar öz dillərində heç olmasa iki kəlmə söz deyə bilən əcnəbi vətəndaşlara çox hörmətlə yanaşırlar. Onla belə hesab edirlər ki, bu dili öyrənmək onlardan ötrü real deyil.
- Yapon dilində ən pis söyüş “axmaq” və ya “idiot” (gic) sözlərini ehtiva edən söyüşlərdir.
- Yaponca “axmaq” “baka” kimi səslənir (hərfi mənası səfeh deməkdir). Əcnəbi isə “qaydzin” (hərfi mənası yad deməkdir) deməkdir. “Baka-qaydzin” isə yapon dilində – amerikalı deməkdir.
- Yaponlar çox vaxt yeməkdən danışırlar, yemək zamanı isə qonaqlığın onlara necə xoş gəldiyini müzakirə edirlər. Şam etmək və bir neçə dəfə oişi (dadlıdır) söyləməmək böyük nəzakətsizlik sayılır.
- Yaponiyada delfinlərdən də ərzaq kimi istifadə edirlər. Delfin ətindən şorba, kusiyaki (yapon kababı), hazırlanır, hətta bu canlının ətini çiy-çiy də yeyirlər. Delfinin özünəməxsus, hətta balığa oxşar olmayan çox dadlı əti olur.
- Çox yəqindir ki, düzgün qidalanmanı bir fakt da təsdiq edir ki, orada artıq çəkidən əziyyət çəkən yapon qadınlarına nadir halda rast gələ bilirsən.
- Yaponiyada dünyada ən ləng fəaliyyət göstərən McDonald’s restoran şəbəkəsi mövcuddur.
- Yaponiyada “çayevie” kimi anlaşılan və xidmətə görə pul vermək kimi bir adət yoxdur. Hesab edilir ki, müştəri xidmətə görə müəyyən olunmuş pulu ödəməklə, satıcı ilə bərabər səviyyədə qalır.
- Yaponiyada çox düzgün insanlar yaşayırlar. Əgər, siz metroda cüzdanınızı itirsəniz, 90 % əmin olun ki, onu tapan şəxs tapıntılar bürosuna təqdim edəcək.
- Zəlzələ zamanı Yaponiyada soyğunçuluq hallarına rast gəlinmir. Çünki yaponlar əsil həqiqətdə çox vicdanlı insanlardır.