Əsas vəsaitlərin icarəsi

posted in: Uncategorized | 0

Müəssisədə təsərrüfat prosesi zamanı bir çox hallarda  digər müəssisələrdən icarəyə əsas vəsaitlər götürülür. Bu zaman əsas vəsaitlərin müəssisələrarası hərəkətinə nəzarət etmək üçün icarəyə götürülmüş əsas vəsaitlərin uçotundan istifadə olunur. İcarə dedikdə tərəflər arasında bağlanmış müqavilə əsasında, əvəzi ödənilməklə əsas vəsaitlərə müəyyən müddətə sahib olmaq və onlardan istifadə etməyin müəyyən edilməsi başa düşülür. Bunu da qeyd etmək lazımdır ki, icarəyə verənlə icarədar arasında bağlanmış müqavilədə icarəyə verilən əsas vəsaitin forması, əsas göstəriciləri. dəyəri, icarə vaxtı, icarə haqqının məbləği, tərəflərin icarəyə götürülən əmlakın təmiri və bərpa olunması ilə əlaqədar olan öhdəlikləri və s. göstərilməlidir.

Azərbaycan Respublikasında əmlakın icarəyə verilməsi qaydaları 30 aprel 1992-ci il tarixli «İcarə haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Hazırda mövcud olan qanunvericiliyə görə icarənin aşağıdakı formalarından istifadə edilir:

  • müəssisənin icarəsi.
  • nəqliyyat vasitələrinin icarəsi
  • ayrıca obyektlərin və ya komplekslərin icarəsi sexlərin, istehsalatların icarəsi

Əsas vəsaiti icarəyə verən müəssisədə icarənin uçotu belə aparılır. Birincisi, Cari icarənin obyekti icarəyə verənin əmlakı hesab olunmaqla onun balansında əks olunur. Obyektin icarədara verilməsi qəbul-təhvil aktı ilə rəsmiyyətə salınır. Bundan sonra icarəyə verən əsas vəsaitin inventar kitabında qeydiyyat aparmaqla 01№-li “Əsas vəsaitlər” hesabı üzrə “Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi” subhesabını açmaqla müəssisənin daxilində aşağıdakı yazılış aparılır:

– Debet – «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitin icarəyə verilməsi» subhesabı

– Kredit 01 – «Əsas vəsaitlər» hesabının «Özünəməxsus əsas vəsaitlər» subhesabı

Bundan anlaşılır ki, icarəyə verən müəssisə mülkiyyət sahibi kimi icarəyə verilən əsas vəsaitə görə köhnəlmə hesablayır. Hesablanmış köhnəlmə məbləği icarə xərcindən ödənilir və ona görə də bu məsrəflər xərclərə aid edilmir və 80№-li «Mənfəət və zərər» hesabında əks etdirilir. Hesablanmış köhnəlmə məbləği üçün aşağıdakı yazılış tərtib edilir:

– Debet 80 – “Mənfəət və zərər”

– Kredit 02 – “Əsas vəsaitlərin köhnəlməsi”

Əsas vəsaiti icarəyə verən müəssisə üçün icarə haqqı həmin müəssisənin mənfəəti hesab olunur və ona görə do icarə haqqının hesablanması üçün aşağıdakı yazılış aparılır:

– Debet 76 – “Müxtəlif debitor və kreditorlarla hesablaşmalar” – Kredit 80 – “Mənfəət və zərər”

Bundan    əlavə    mühasibatlıqda    03№-li    “Uzun    müddətə    icarəyə götürülmüş əsas vəsaitlər” hesabından geniş istifadə olunur. 03№-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabı müəssisələr tərəfindən     uzun     müddətə     icarəyə                  götürülmüş     əsas      vəsaitlərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

03-li “Uzun müddətə icarəyə götürülmüş əsas vəsaitlər” hesabı aşağıdakı  hesablarla müxabirləşdirilir:

DEBET ÜZRƏ KREDİT ÜZRƏ
97 İcarə öhdəlikləri 01 Əsas vəsaitlər
02 Əsas vəsaitlərin köhnəlməsi
97 İcarə öhdəlikləri

Leave a Reply

Your email address will not be published. Required fields are marked *