» » » 01 №-li «Əsas vəsaitlər» hesabı

01 №-li «Əsas vəsaitlər» hesabı

posted in: Uncategorized | 0

01 №-li «Əsas vəsaitlər» hesabı müəssisənin mülkiyyətindəki istismarda, ehtiyatda olan, müvəqqəti dayandırılan, yaxud icarəyə verilən (uzunmüddətli icarəyə götürülənlərdən başqa) əsas vəsaitlərin mövcudluğu və hərəkətləri haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Əsas vəsaitlərə aid edilən obyektlər və onların tərkibi qanunverici və digər normativ aktlarda nizamlanır. Müəssisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edən, dəyəri normativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirən, istehsal (xidmət) prosesində öz natural formasını saxlayan əmək vasitələri əsas vasitələr adlandırılır.


Binalar, qurğular, ötürücü qurğular, iş-güc maşınları (avadanlıqları), ölçü tənzimləyisi cihazlar (qurğular), hesablama texnikası, nəqliyyat vəsaitləri, alətlər, istehsalat-təsrrüfat inventarları (ləvazimatları), işçi-məhsuldar heyanlar, çoxillik əkmələr, daxili təsərrüfat yolları, öz mülkiyyəti olan torpaq sahələri, torpaqların yaxşılaşdırılmasına (meliorasiya, qurudulma, irriqasiya və s.), həmçinin başqa işlərə (məqsədlərə) qoyulan kapital qoyuluşları və başqa vəsaitlər (əmək vəsaitləri) əsas vəsaitlərə aid edilir.


Bu təlimatla infilyasiyanın sürətini nəzərə alaraq 01 yanvar 1996-cı ildən sonra alınan əsas vəsaitlərin vahidinin və dəstinin dəyərinin minimum həddi 500 000 manat həcmində limitləşdirilir. 01 yanvar 1996-cı ilədək müəssisənin 01 №-li «Əsas vəsaitlər» hesabında uçota alınan vəsaitlər müəssisənin əsas vəsaitləridir. İnfilyasiyanın surətindən asılı olaraq əsas vəsaitlərin dəyərinin minimum həddinin limiti hər dəfə dəyişdirildikcə onların balansda yerini dəyişmək olmaz. Müəssisənin 01 №-li «Əsas vəsaitlər» hesabında müxtəlif səbəblərdən əsas vəsait kimi uçota alınan bəzi lüzumsuz (faktiki olaraq istehsal / xidmət / sferasında əsas vəsait kimi iştrak etmə imkanı olmayan) vəsaitlər olarsa və onların əsas vəsaitlər sırasından çıxarılması zərurəti yaranarsa, o zaman müvafiq qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri bu barədə qərar qəbul edir. Bu qərar müəssisənin uçot siyasəti barədəki əmrində öz əksini tapmalıdır.


İcarəyə verilmiş binalar, qurğular, avadanlıqlar və digər əsas vəsaitlər üzrə başa çatdırılmış əsaslı məsrəflər icarəyə götürən tərəfindən faktiki xərclər məbləğində özünün əsas vəsaitlərinə daxil edilir (icarə müqaviləsində başqa şərtlər nəzərdə tutulmadıqda).
Müəssisənin öz mülkiyyətində olan torpaq sahələri uçotda onların alınmasına çəkilən faktiki xərclər üzrə əks etdirilir.
Əsas vəsaitlər uçotda ilkin dəyəri ilə, yəni onların alınmasına, quraşdırılmasına və hazırlanmasına çəkilən faktiki xərc məbləğində əks etdirirlir. Öz mülkiyyətində olan torpaq sahələrindən başqa əsas vəsaitlərin ilkin dəyəri onlar yenidən qiymətləndirildikdə, yenidən qurulduqda, onlarda yeni tikinti işləri aparıldıqda, onlarayeni avadanlıqlar quraşdırıldıqda və onların müvafiq obyektləri qismən ləğv edildikdə dəyişdirilə bilər.


Əsas vəsaitlərin satışı və s. xaric olması hallarında (əvəzsiz olaraq verilənlərdən və alınanlardan başqa) bu əməliyyatlar üzrə mənfəət, yaxud zərər müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir.


Aşağıdakılar əsas vəsaitlərə aid edimyərək müəssisələrdə dövriyyədəki vəsaitlərin, idarələrdə isə azqiymətli əşyaların və digər sərvətlərin tərkibində uçota alınırlar:

a) Dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;
b) İstehsal (xidmət) prosesində bir dəfə iştirak edən, öz dəyərini tamamilə
məhsulun (xidmətin) dəyərinə keçirən və prosesdə natural formasını saxlamayan
sərvətlər;
v) Dəyərindən və xidmət müddətindən asılı olmayaraq əsas vəsait sayılan kənd
təsərrüfatı maşınlarından, alətlərindən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və
məhsuldar heyvanlardan başqa xidmət müddətindən asılı olmayaraq vahidinin və dəstinin
dəyəri 500 000 manatdan (bu hədd 01.01.1996-cı ildən sonra alınanlar üçündür) aşağı
olan əmək əşyaları;
q) Dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətlər (trallar və
bütün növ torlar və s.) ;
d) Benzinmotorlu mişarlar, şaxdoğrayan maşınlar, çaylarda istifadə edilən axıtma
trosları, mövsümü yollar, ağac daşıma üçün müvəqqəti asılma yollar, iki il müddətində
istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar dartılıb aparılan qızdırıcı
evlər, qazanxana məntəqələri və başqa müvəqqəti mövsümü xarakterli vəsaitlər (əmək
vəsaitləri) ;
e) Dəyərindən asılı olmayaraq fərdi sifarişlərin, yaxud məmulatların seryalı və
kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər;
ə) Vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq
xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları,
j) Vahidinin və ya dəstinin dəyərindən və xidmət müddətindən asılı olmayaraq
müəssisələrdə işçilərə verilən xüsusi geyim formaları, səhiyyə, maarif, əhalinin sosial
müdafiəsi və başqa büdcə idarələrində verilən geyimlər və ayaqqabılar;
z) Dəyəri kompleks tikinti quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi
daxil edilən müvəqqəti (titulsuz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. (tituldan
kənar) tikintilər;
i) Anbarda əmtəə material qiymətlərinin saxlanmasında və ya texnoloji prosesdə
iştirak edən vahidinin dəyəri 500 000 manatdan (bu hədd 01.01.1996-cı ildən sonra
alınanlar üçündür) aşağı olan taralar;
k) Dəyərindən asılı olmayaraq kirayə vermək üçün təyin edilmiş əşyalar;
l) cavan və kökəldilməkdə olan heyvanlar, qüşlar, dovşanlar, xəzli heyvanlar, arı
ailələri və təcrübə üçün saxlanılan heyvanlar;
m) Tinklikdə köçürmə məqsədilə əkilmiş çoxillik əkmələr;

Leave a Reply

Your email address will not be published. Required fields are marked *