1000 manat məvaciblə mühasib axtarılır

birbank biznes
mühasib

1000 manat məvaciblə mühasib axtarılır


İşəgötürən: Fin Plast İnternational
Vəzifə: Mühasib
İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
– Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
– Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
– Vergi hesabatlarının (ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İşçilərlə hesablaşmaların təmin edilməsi
– Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C (8.3) proqramına daxil edilməsi
– E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
– Gömrük bəyannamələri ilə işləməyi bacarmalı
– AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması
– İş yeri Sumqayıt şəhərindədir. (köhnə Alüminium zavodunun yanı)

– Nahar və servis şirkət hesabınadır
– İş vaxtı: Bazar ertəsi – Şənbə, 08:00-dan 18:00-dək

Namizədə tələblər

– Yaş: 25-50
– Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dilini bilənlərə üstünlük verilir)
– Office proqramlarını ilə işləmə bacarığı (1C 8.3 platformasında təcrübə mütləqdir)
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı
– Məsuliyyətli və dəqiq
– Vaxtını planlaşdırmağı bacarmalı

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email