11 adda aksizli malın aksiz dərəcələrində dəyişikliklər edilib

posted in: Xəbər | 0
birbank biznes

aksiz dərəcələriAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 5
Bakı şəhəri, 10 yanvar 2019-cu il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz
vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə
dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 69; 2002, № 2, maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7, maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. “2203 00” alt yarımmövqeyindən əvvəl aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

2202 10 000 9 şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş

alkoqolsuz energetik içkilər

1 litr üçün

3,0 manat

2202 99 190 2 meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün

3,0 manat

1.2. “2208 90 110 0–2208 90 780 0” alt yarımmövqelərinə aid sətrin “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları” sütununda “2208 90  110  0  –  2208 90 780 0” rəqəmləri “2208  90  110  0  –  2208  90  780  9  (2208 90 690 1 və 2208 90 780 1 istisna olmaqla)” rəqəmləri və sözləri ilə əvəz olunsun və həmin sətirdən sonra aşağıdakı məzmunda sətirlər əlavə edilsin:

2208 90 690 1 tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün

2,0 manat

2208 90 780 1 tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün

2,0 manat

1.3. 2402 10 000 0 alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 10 000 2 tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün

1,0 manat

2402 10 000 9 tərkibində tütün olan siqarillalar 1000 ədəd üçün

20,0 manat

1.4. “2402 20” alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 20 tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün

28,0 manat

1.5. 2402 90 000 0 alt yarımmövqeyi aşağıdakı redaksiyada verilsin:

2402 90 000 2 tərkibində     tütün     əvəzləyicisi     olan siqarlar 1 ədəd üçün

1,0 manat

2402 90 000 3 tərkibində     tütün     əvəzləyicisi     olan siqarillalar 1000 ədəd üçün

20,0 manat

2402 90 000 9 tərkibində     tütün     əvəzləyicisi     olan siqaretlər 1000 ədəd üçün

28,0 manat

1.6. “2402 90 000 0” alt yarımmövqeyindən sonra aşağıdakı məzmunda sətir əlavə edilsin:

2403 99 900 1 elektron siqaretlər üçün maye

1 litr üçün

20,0 manat

 

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının
Baş naziri                Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email