1500 manat əmək haqqı ilə Baş mühasib axtarılır

birbank biznes

Baş mühasib İşəgötürən: Business Service Center Ltd.

Əmək haqqı: 1200 – 1500 AZN

İş barədə məlumat

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
– Mal-materialların uçotunun aparılması
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– İş günləri: I-V, istirahət şənbə və bazar
– İş saatı: 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Yaş həddi: 35-45
– Mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Azərbaycan, Rus və İngilis dillərini bilməsi mütləqdir
– 1C (8.3) proqramında işləmək bacarığı

Mənbə: boss.az

Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email