Rusiyada 2,7 milyon vətəndaşın ölkədən çıxışına qadağa qoyulub

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ölkədən çıxışRusiyanın Məhkəmə Pristavları Federal Xidməti 2018-ci ilin ilk yarısı üçün hesabatını açıqlamışdır. Hesabata əsasən, yanvar-iyun ayları ərzində vergi borclarına görə 2,7 milyon vətəndaşın ölkədən çıxmasının qarşısı alınmışdır. Bu rəqəm bütövlükdə 2016-cı ilin göstəricisi ilə müqayisədə çoxdur – inişil cəmi 2,3 milyon vətəndaşın ölkədən çıxmasına qadağa qoyulmuşdu. Belə görünür ki, bu il ölkədən çıxışına məhdudiyyət qoyulmuş vətəndaşların sayı keçənilkindən çox olacaq: ötən il bu göstərici 3,4 milyon nəfər idi.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Altı ay ərzində geri alınmış vergi borcunun məbləği isə 321 milyard rubldan (3,88 milyard manat) artıq olmuşdur. Bununla belə, yol cərimələrinin məbləğində azalma qeydə alınmışdır, pristavlar yol hərəkəti qaydalarını pozanlardan cəmi 6,2 milyard rubl (160 milyon manat) cərimə yığa bilmişlər (bu, eyni dövr ərzində məcburi alınmış alimentin məbləğinə yaxındır).

Pristavların təqdim etdiyi statistikaya əsasən, bu,  son dərəcə təsirli tədbirdir, ilin ilk altı ayı ərzində ölkədən çıxışına qadağa qoyulmuş vətəndaşlar 31 milyard rubl (800 milyon manat) vergi borcunu büdcəyə ödəmişlər (2017-ci ildə isə bütün il üzrə bundan az – 30 milyard rublun büdcəyə ödənilməsinə nail olunmuşdu).

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email