» » » 570-ə yaxın müqaviləsiz işçi aşkar olundu

570-ə yaxın müqaviləsiz işçi aşkar olundu

posted in: Xəbər | 0

“Əgər 2017-ci ildə bir tikinti şirkətində orta hesabla 30 işçi əmək müqaviləsi ilə işləyirdisə, hazırda bu rəqəm 48-ə yaxınlaşır”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

Onun sözlərinə görə, artıq tikinti şirkətləri aktiv şəkildə əmək müqavilələr bağlayır: “Sentyabrın 19-dan bu günə qədər tikinti şirkətlərində 43 monitorinq keçirilib. Məqsədimiz öncədən şirkətlərdə nə qədər işçinin olduğunu müəyyənləşdirmək, yalnız şübhə yarandığı zaman şirkətlərə gedib orada səyyar monitorinq keçirməkdən ibarətdir. Bu günə qədər 1600 işçi monitorinq olunub, 570-ə yaxın işçinin müqaviləsiz işlədiyi aşkar olunub. Bu rəqəm artıq get-gedə azalmaqdadır”.

F.Cəfərov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsi 1 nəfərdən 9 nəfərə qədər müqaviləsiz işçi işlətməyə görə hüquqi şəxslərin 20 mindən 25 min manata qədər, fiziki şəxlərin 3 min manata qədər, vəzifəli şəxslərin 5 min manata qədər cərimələnməsini nəzərdə tutur: “10 nəfər və daha artıq şəxsi qanunsuz işlətmək isə Cinayət Məcəlləsi ilə tənzimlənir. Burda 2 il azadlıqdan məhrum etmə, azadlığın məhdudlaşdırılması, ishal işlərinə cəlb etmə və 7 mindən 10 min manata qədər cərimə tətbiq olunur. Materiallarda cinayət tərkibi olduqda Baş Prokurorluğa göndərilir”.

Direktor qeyd edib ki, mərkəzin yaradılması məqsədi Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarında əmək münasibətlərinin tənzimlənməsidir: “Biz qarşılıqlı olaraq tikinti şirkətləri ilə əməkdaşlıq edirik, onların təkliflərini dinləyirik. Fəaliyyətimizdə sahibkarların təkliflərindən istifadə edirik. Eyni zamanda gördüyümüz işlərə dair bu sahədə işləyən adamlara hesabat veririk”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *