Sənədsiz mal qalığına görə cərimədən azad olunurlar – 6%-lik Sadələşdirilmiş Vergi ödəyicilərinə böyük güzəşt!

posted in: Vergi, Xəbər | 1
birbank biznes

Sadələşdirilmiş VergiSənədsiz mal qalığına görə cərimədən azad olunurlar – 6 % lik Sadələşdirilmiş Vergi ödəyicilərinə böyük güzəşt.

Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun keçid müddəaları adlı 2-ci maddəsində 6%-lik Sadələşdirilmiş Vergi ödəyiciləri üçün bəzi güzəştlər nəzərdə tutulmuşdur.

Belə ki, 2019-cu il yanvarın 1-dək ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən vergi ödəyiciləri həmin tarixdən 15 (on beş) gün müddətində sahibliklərində qalan mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı qeydiyyatda olduqları vergi orqanına təqdim edərlərsə təqdim edilən məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab edilir və həmin mallara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrinin müddəaları tətbiq edilmir yəni ki, sənədsiz mal qalığına görə cərimə hesablanmır. Mənfi cəhət isə odur ki, bu məlumatların sonradan dəqiqləşdirilməsinə (3 gün sonra düzəliş istisna olmaqla) edilməsinə icazə verilmir.

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

Bundan başqa məlumat təqdim etmiş vergi ödəyiciləri tərəfindən sahibliklərində qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır. Məsələn 3 ayliq müddət ərzində əgər vergi ödəyicisi ilin əvvəlinə balansında olan 1000 manat dəyərində olan malı 1500 manata satarsa o halda ƏDV məbləği 270 manat deyil, 90 manat hesablanacaqdır.

Bu məsələ ilə bağlı, keçid müddəaları maddəsini tam sizə təqdim edirik:

2.6. 2019-cu il yanvarın 1-dək ticarət fəaliyyəti ilə məşğul olan və 6 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən vergi ödəyiciləri həmin tarixdən 15 (on beş) gün müddətində sahibliklərində qalan mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumatı qeydiyyatda olduqları vergi orqanına təqdim edir. Həmin məlumatlar hər bir vergi ödəyicisi tərəfindən bir dəfə təqdim edilir və təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində düzəlişlərin edilməsi istisna olmaqla, həmin məlumatların dəqiqləşdirilməsinə yol verilmir.

Bax: Əməliyyatların təsiri nəticəsində balansda olan dəyişikliklər

2.7. Bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq təqdim edilən məlumatlar malların uçota alınmasını təsdiq edən ilkin uçot sənədi hesab edilir və həmin mallara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci və 58.8.3-cü maddələrinin müddəaları tətbiq edilmir.

2.8. Bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq məlumat təqdim etmiş vergi ödəyiciləri tərəfindən sahibliklərində qalan malların təqdim edilməsi zamanı ƏDV 2019-cu il aprelin 1-dək həmin malların alış qiyməti ilə satış qiyməti arasındakı fərqdən hesablanır.

2.9. Vergi orqanı bu Qanunun 2.6-cı maddəsinə uyğun olaraq təqdim edilmiş məlumatların həqiqiliyinin yoxlanılması məqsədilə vergi ödəyicisi tərəfindən bəyan olunmuş malların saxlandığı obyektlərə vergi orqanının qərarına əsasən baxış keçirə bilər. Baxış vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həyata keçirilir. Baxışın nəticələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada aktla rəsmiləşdirilir.

Ramin Ramazanov/ Muhasibat.Az MMC-nin Direktoru

Bax: 2019-cu ilin qeyri-iş günləri açıqlandı

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

  1. Anar
    |

    Salam.Niyə məhz 6 faizliklər bu düzgün deyil.Qeyd edilib axı Ticarət fəaliyyəti ilə məşqul olan və 6 faiz sadələşmiş vergi ödıyiciləri.Onsuzda 6 faiz sadələşmiş vergi ancatq ticarət fəlaiyyətinə aiddir başqa fəaliyyət növünə aid deyil.Ona görədə bu bütün ticarət fəaliyyəti ilə məsğul olunanlara aiddir.Maddədə qeyd edilib ticarət fəaliyyətii ilə məşqul olan və 6 faiz sadələşmiş vergi ödəyiciləri məhz bütün ticarət fəaliyyətinə şamildir.Xahiş edirəm bunu dəqiqləşdirəsiniz.Təşəkkür edirəm