fbpx

Əməliyyatların təsiri nəticəsində balansda olan dəyişikliklər

posted in: Xəbər | 0
birbank biznes

balansBildiyimiz kimi, balans aktiv və passiv hissədən, yəni aktiv 2 bölmədən, passiv isə 3 bölmədən ibarətdir. Aktiv uzun və qısamüddətli aktivləri, passiv isə kapital, uzunmüddətli öhdəliklər və qısamüddətli öhdəlikləri özündə əks etdirir. Əməliyyatlar nəticəsində müəssisənin aktiv və passivində dəyişiklik əmələ gəlir, başqa sözlə müəssisənin balansı dəyişir. Təsərrüfat əməliyyatlarının təsiri nəticəsində balansda dörd cür dəyişiklik əmələ gələ bilir:

I təsir – aktivlərin yerdəyişməsi əməliyyatı nəticəsində müəssisənin yalnız aktiv hesablarının tərkibində dəyişiklik baş verir.

Belə ki, balansın aktivində bir maddə artır, digər maddə isə azalır. Balansın yekunu isə dəyişməz qalır. Yəni, balansın yekunu dəyişmədən aktivlər dəyişir. Eyni məbləğdə aktivdə artma və azalma olur.

Məsələn, Debitor borclar hesablaşma hesabımıza ödənilmişdir və ya hesablaşma hesabından kassaya pul daxil olmuşdur. Bu əməliyyat aparılan zaman balansın aktivinin bir hesabında artma gedir digər hesabında isə azalma baş verir. Yəni kassa hesabında pul artır bank hesablaşma hesabında pul azalır. Lakin balansın yekunu dəyişmir.

II təsir – passivlərin yerdəyişməsi əməliyyatı nəticəsində balans-ın yekunu dəyişmədən passivin maddələri dəyişir. Bu zaman passivdə bir maddə artır, digər maddə azalır, balansın yekunu dəyişilmir və оnun bərabərliyi pоzulmur.

Məsələn, bölüşdürülməmiş mənfəət, ehtiyat kapitalının artırılmasına yönəldilmişdir və ya əmək haqqı hesablanmışdır. Bu əməliyyatlara əsasən balansın passivində iki maddəyə toxunulur. Bu zaman passivdə bir maddə artır, digər maddə azalır.

III təsir – aktivlərin artması əməliyyatı nəticəsində eyni məbləğdə həm təsərrüfat vəsaitlərinin tərkibi, həm də оnların əmələ gəlmə mənbələri artır və bu məbləğ qədər balansın həm aktivi, həm də passivi çохalır.

Yəni ki, balansın yekun bərabərliyi saxlanılmaqla aktivin və passivin maddələrində artma olur, eyni məbləğdə aktivin bir maddəsi artır və passivin bir maddəsi də artır.

Məsələn Malsatanlardan Material daxil olmuşdur və ya bankdan kredit alınmışdır. Nəticədə öhdəlik və aktiv hissə eyni məbləğdə artır. Nəticədə, balans-ın yekunu da eyni məbləğdə artır.

IV təsir – aktivlərin azalması əməliyyatı- nəticəsində isə balansın yekun bərabərliyi saxlanılmaqla aktivin  və passivin maddələrində azalma müşahidə olunur; eyni məbləğdə aktivin bir  maddəsi  azalır, passivin bir maddəsi də azalır, balansın yekunu da bərabər həcmdə azalır.

Məsələn Kassadan əmək haqqı, kreditor borc və bank krediti və s. ödənilmişdir, Bu əməliyyat zamanı balansın aktivində pul vəsaitlərində azalma olsa da, eyni zamanda öhdəliklərdə də azalma olur.

Müəllif: Ramin Ramazanov / Accounting.Az MMC-nin Direktoru.


Bax:


Print Friendly, PDF & Email
error: Content is protected !!