Aİ yüksək texnologiyalı şirkətlərdən yeni vergi tutmaq niyyətindədir

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Avropa İttifaqında yüksək texnologiyalı şirkətlər üçün 1%-dən 5%-ə qədər yeni verginin tətbiqi planlaşdırılır. “Reuters” agentliyinin yaydığı məlumata əsasən, bu vergi bütün dünya üzrə illik dövriyyəsi 579 milyon avrodan artıq olan, Avropada isə minimum 10 milyon təşkil edən korporasiyalar üçün nəzərdə tutulmuşdur.

Hazırda sənədin əhatə dairəsinə “Google”, “Amazon”, “Airbnb” və “Uber” kimi sərhədlər üzərindən fəaliyyət göstərən şirkətlər düşür. Bununla belə, yeni vergi öhdəliyi striminq xidmətləri göstərən şirkətlərə (“Netflix”), eləcə də online oyunlar, “bulud” texnologiyaları və ya informasiya texnologiyası hazırlayan müəssisələrə aid edilməyəcək.

Verginin hesablanması şirkətin ofisinin faktiki yerləşmə məkanında deyil, istifadəçilərin əsas seqmentinin harada yerləşməsindən asılı olacaq. Başqa sözlə desək, vergi reklamın harada göstərilməsinə, eləcə də reklam kontentinin tədarükçülərinin harada yerləşməsinə uyğun olaraq tutulacaq.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email