» » » Alimentlərlə bağlı bilməli olduğumuz faktlar

Alimentlərlə bağlı bilməli olduğumuz faktlar

posted in: Xəbər | 0
Print Friendly, PDF & Email

Qanunvericiliyə və milli adət-ənənələrə əsaslanaraq qeyd etmək lazımdır ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını isə valideynlər müstəqil müəyyən edirlər. Valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Bu sazişdə könüllü qaydada və qarşılıqlı razılığa əsasən alimentin məbləği və ödənilməsi qaydası ayrıca göstərilə bilər.
Valideynlər uşaqlarını saxlamadıqda isə uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
Qanunvericiliyə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:
1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;
2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;
3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Həmçinin bildirmək olar ki,  bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
Bu tip hüquqi xidmətlərlə bağlı https://www.facebook.com/huququm (Mənim hüququm var mı?) linki vasitəsilə səhifəmizə, menim.huququm@yahoo.com email adresimizə yazaraq hüquqi yardım ala biləcəyinizi xatırlatmaq yerinə düşərdi.
Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir.
Məlumat üçün bildirək ki, 2018-ci il üzrə uşaqlar üçün yaşayış minimumu 154 manat məbləğində müəyyən edilmişdir.
Bununla yanaşı nəzərə almaq lazımdır ki, fiziki şəxslərə ödənilən alimentlər tam həcmdə gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *