Dondurulmalı və alınmalı sərəncamlar hansı ardıcıllıqla ödənilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

sərəncamlarSual: Müştərinin hesabında dondurmalı sərəncam varsa, hesabdakı vəsait dondurulmalı sərəncamda göstərilən məbləğdən azdırsa, növbəti günlərdə dondurmalı sərəncam geri çağırılmadan, alınmalı sərəncam gələrsə sərəncamların icrası necə olur? (Misal: hesabda 800 azn pul var. 31.06.2018-də 1200 azn dondurulma sərəncamı daxil olub, 03.07.2018 1600 azn alınmalı sərəncam daxil olur) Eyni gündə həm dondurulmalı və alınmalı sərəncam daxil olarsa, onları necə icra edilir?

Bax: Sosial şəbəkələrdə olan reklamlara görə Qeyri-rezidentə ödənişlər ƏDV bəyannaməsində necə əks etdirilməlidir?

Cavab: Bildiririk ki, milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olan vergi ödəyicisinin həmin hesablarına borcların dövlət büdcəsinə alınması haqqında icra (ödəniş) sənədi olan sərəncam daxil olduqda bank tərəfindən ilk növbədə borcların dövlət büdcəsinə alınması haqqında icra (ödəniş) sənədi olan sərəncam vergi ödəyicisinin müvafiq hesablarında olan əlavə vəsait hesabına, əlavə vəsait olmadıqda isə dondurulmuş vəsait hesabına icra edilməlidir.

Vergi ödəyicisinin borc məbləği dəyişdikdə (artdıqda və ya azaldıqda) vergi ödəyicisinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına dəyişməli dondurulmalı və/və ya alınmalı sərəncamlar göndərilir və bu sərəncam icraya qəbul edildikdən sonra hesabda mövcud olan əvvəlki sərəncam qüvvədən düşür. Vergi orqanı tərəfindən vergi ödəyicisinin banklarda və ya digər kredit təşkilatlarında olan milli və ya xarici valyutada cari və ya digər hesablarına verilmiş icra (ödəniş) sənədi olan dondurulmalı və (və ya) alınmalı sərəncamlar vergi ödəyicisinin borc məbləği tam ləğv edildikdən sonra elektron və ya kağız daşıyıcısı formasında geri qaytarılır.

Bax: Vergi Məcəlləsinin 23.1.7-ci və 65-ci maddələr

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email