Almaniya vergi sistemi barədə bilmədiklərimiz (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

Almaniya vergi sistemi

Fiziki şəxslərdən tutulan gəlir vergisi. Bu vergi dövlət gəlirlərinin başlıca mənbəyidir – o, bütün vergi daxilolmalarının 40%-ə qədərini verir. Bu vergiyə müxtəlif mənbələrdən olan fiziki şəxslər (o cümələdən, digər ölkələrdə də qazanılan gəlirlərdən, əgər orada vergiyə cəlb olunmayıblarsa) cəlb olunur.

Gəlir vergisinə bunlar daxildir:

a) əmək haqqından vergi

b) kapitaldan tutulan vergi

Bütün sənaye və kənd təsərrüfatı fəaliyyəti, sərbəst və ya qeyri-sərbəst şəkildə fəaliiyyətdən, eləcə də kapital sahibliyindən, mənzil və ya digər tikililərin icarəsindən, hətta alver sövdələşmələrindən əldə edilən gəlirlər belə vergiyə cəlb olunur.

Bu proqressiv vergidir. Onun minimal stavkası 19%, ən yüksək stavkası isə 53% təşkil edir.

Həmçinin bax: Kanada vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Tənha şəxslər üçün vergiyə cəlb olunmayan ən aşağı illik gəlir 5616 avro, ailə cütlüyü üçün isə 11232 avro təşkil edir.

Tənha şəxslər üçün illik gəlir 8153 avronu, ailəli cütlüklər üçün isə 16307 avronu ötmürsə, ondan vergi 22,9% təşkil edir. Bundan sonra gəlirlərin həcminə uyğun olaraq proqressiv vergi şkalası işə düşür. Tənha şəxslər üçün 120041 avro, cütlüklər üçün isə 240083 təşkil edirsə, onda bütün gəlirlərdən 51% vergi tutulur.

Həm uşaqlarüçün, həm də yaşla bağlı, eləcə də fövqəladə vəziyyətlərdə (xəstəlik, bədbəxt hadisə) və s. vergi güzəştləri tətbiq olunur.

ƏDV. Prinsipcə bütün xidmətlər ƏDV-yə cəlb olunur, hansı ki, sahibkar öz sahibkarlıq fəaliyyəti zamanı müəyyən haqq müqabilində icra edir. Şəxsi istehlak üçün nəzərdə tutulmayan, eləcə də Avropa Birliyinə üzv olmayan dövlətlərin vətəndaşlarının ölkədən çıxardığı əşyalar istisna olmaqla istənilən xidmət ƏDV-yə cəlb olunur.

ƏDV haqda Qanuna əsasən Almaniyada iki vergi stavkası mövcuddur: 19% təşkil edən ümumi vergi stavkası və 7%-lik aşağı stavka. Aşağı vergi stavkası başlıca olaraq, şəxsi istifadə və ərzaq malları (içkilər istisna olmaqla) və ictimai iaşə müəssisələri ilə bağlı fəaliyyət sahəsi üçün nəzərdə tutulub. Kiçik müəssisələr üçün də müəyyən güzəştlər nəzərdə tutulub. Məs, ixrac təchizatı və AB-nə ixrac üçün nəzərdə tutulan əşyaların emalı zamanı, kreditlərin ayrılması, icarəyə verilən torpaqlar, tibb və sosial sahədə dövriyyələrdən ƏDV tutulması nəzərdə tutulmayıb.

Həmçinin bax: Avstraliya vergi sistemi barədə bilmədiklərimiz (1-ci hissə)

Şirkətlərdən tutulan vergi. Bu vergini hüquqi şəxslər (səhmdar cəmiyyətlər, müxtəlif şərikli cəmiyyətlər, eləcə də şəxsi təsərrüfat fəaliyyəti ilə məşğul olan dövlət orqanları) ödəyirlər. Onların illik gəlirləri vergiyə cəlb olunur. Əgər şirkətin bir neçə sahibi varsa, onda vergi stavkası 30% təşkil edir. Yox, əgər bir sahibi varsa, onda stavka gəlirin 45%-ə bərabər olur.

Almaniyada mühasiblərin maaaşına gəldikdə, bu sahədə çalışanların əmək haqqı ərazi vahidlərindən asılı olaraq dəyişir. Yüksək inkişaf etmiş ərazilərdə çalışan mühasiblər ayda 3565 avro,  mühasib-kalkulyatorlar isə 4241 avro məvacib alırlar. Nisbətən zəif inkişaf etmiş regionlarda isə bu məbləğ bir qədər aşağıdır. Müvafiq olaraq 2500 və 3200 avro təşkil edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.      

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Print Friendly, PDF & Email