Amortizasiya cədvəli və SLN funksiyası – Düz xətt metodu

posted in: Excel, Xəbər | 0
birbank biznes

Amortizasiya cədvəli və SLN funksiyası – Düz xətt metodu.

Əsas vəsaitlər (bina, qurğu, avadanlıq, maşın və digər uzun müddətli aktivlər) və qeyri-maddi aktivlərin (patent, müəllif haqqı və s.) zaman ötdükcə köhnəlməyə məruz qaldığını hamımız bilirik. Bu köhnəlmə muhasibatlıq və maliyyə dilində amortizasiya adlanır.

İngilis dilində isə, maddi aktivlərin köhnəlməsi depreciation, qeyri-maddi aktivlərin köhnəlməsi isə amortization adlanır. Bəzi müəlliflər depreciation sözünün çox da uyğun bir ifadə olmadığını iddia etsə də, hal-hazırda bu ifadə çox geniş yayılmışdır. Amortizasiyanı hesablamaq üçün 3 məlumata ehtiyacımız var:

Depreciation - 1

Asset value – Aktivin cari dəyəri

Residual value – Aktivin istifadə müddəti bitdikdən sonra satılması proqnozlaşdırılan məbləğ

Useful life – Aktivin faydalı istifadə müddəti

Amortizasiya hesablamalarının bir neçə üsulu mövcuddur, bu yazıda düz-xətt metodundan istifadə edəcəyik. Düz-xətt metodu ilə illik amortizasiya məbləği aşağıdakı düstur ilə hesablanır və aktivin faydalı istifadə müddəti dövründə hər ilə eyni məbləğdə tətbiq olunur:

Annual depreciation amount = (Asset value – Residual Value) / Useful life

Hesab edək ki, aktivi 01.01.2014-cü il tarixdə 10,000 AZN müqabilində satın almışıq. Aktivi 10 il müddətində işlətmək və 10 ildən sonra 1,000 AZN qarşılığında satmağı proqnozlaşdırmış olaq.

Bu məlumatlar işığında illik amortizasiya məbləğimiz,

(10,000 – 1,000) / 10 = 900 AZN olacaq.

Həqiqətən də, 10,000 AZN ilkin dəyəri olan aktivimizi hər il 900 AZN azaltsaq, 10-cu ilin sonunda 1,000 AZN qalıq dəyərinə sahib olacaqdır. Gəlin bunu Excel-də cədvəl olaraq necə hesablaya biləcəyimizə baxaq.

Depreciation - 2

Görüldüyü kimi, yuxarıda yazdığımız düsturu Excel-ə tətbiq etdik və hər bir il üçün amortizasiya məbləğini müəyyən etmiş olduq. Cədvəldəki sütunların nə ifadə etdiyinə baxaq.

Depreciation - 3

G sütununda manual olaraq hesablamış olduğumuz illik amortizasiya məbləğini SLN funksiyası ilə də edə bilərik.

Depreciation - 4

Funksiyanın komponentlərinə baxaq. Daha öncə yazdığımız formulun komponentləri ilə tam üst üstə düşdüyünü görəcəyik.

Cost = Asset value

Salvage = Residual value

Life = Useful life

Formulu yazıb Enter düyməsinə basdıqda nəticənin bizim hesabladığımız kimi 900 olduğunu görəcəyik.

Düz xətt metoduna aid cədvəli (Amortizasiya cədvəli) əlavədəki fayldan endirə və formulları daha ətraflı araşdıra bilərsiniz.
Faylı yükləyin: Amortizasiya cədvəli – Düz xətt metodu
Müəllif: Elçin Xəlilov

Bax: Qovluqdakı faylların adlarından ibarət Excel cədvəlinin hazırlanması


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email