“Baş mühasibin günü” – Rusiyada mühasiblər barəsində çəkilən ilk bədii film

posted in: muhasibat, Xəbər | 0
birbank biznes

Film qəhrəmanları kadrlarda rəqs etmir, stolların üzərində tullanmır, oturduğu kresloları ofisdə o tərəf bu tərəfə sürmürlər, buna baxmayaraq, yüz minlərlə istifadəçilər bu ciddi peşə sahiblərinin macəralarını böyük maraqla izləyirlər. Qısametrajlı film “Baş mühasibin günləri” adlanır və Rusiyada mühasiblər barəsində çəkilən ilk bədii film hesab olunur. Film bütünlüklə kino qaydalarına əsasən çəkilib. Filmin süjeti belədir: “Rahat yuva” şirkətində xəfiyyə bacarığına malik Anna Petrovna Mışkina baş mühasib işləyir. Ssenariyə görə o, direktor müavini – klassik yaramaz Pelikanovla münaqişədədir, amma, ofisdəki digər işçilərin hamısı ilə dostluq edir. Pelikanov şirkətin pullarını mənimsəmək istəyir, bundan əlavə güvən doğurmayan təchizatçı ilə sövdələşməyə girir. Elə bu zaman katibə Sveta ilə gizli roman yaşayan baş direktorun yoxa çıxması xəbəri də yayılır. Təbii ki, fərasətli baş mühasib sayəsində hər şey ortalığa çıxır, bir çox gizli sirlər açılır.

Film müəllifləri mühasib peşəsinin mühümlüyü və əhəmiyyətliliyini nümayiş etdirməyə səy göstəriblər. Və güman ki, müasir mühasib və direktor arasında bütün qarşılıqlı münasibətlərin təfərrüatları açıqlanır. Axı, əslində istənilən baş mühasib üçün rəhbərliklə münasibətlər vergi müfəttişiyi ilə münasibətlərdən daha vacibdir.

“Baş mühasibin günü” filmi Novosibirskdə “LBL-Sibir” kinostudiyasında çəkilib.

Baş rolda Rusiyanın əməkdar artistu Natalya Orlova oynayıb. İkinci qəhrəman rolunu isə peşəkar aktrisa deyil, Novosibirskdən olan baş mühasib Yaroslavna Antonova oynayıb.

Filmi müəllifləri baş mühasiblərin necə işləməli olduqlarını və necə işləyə bildiklərini qabardıblar. Onların rəhbərlikdə və tabeçiliyində olanlarla necə ünsiyyət qurmalı olduqlarını diqqətə çatdırıblar. Müəlliflər qeyd ediblər ki, bi filmə baxan istənilən direktor, baxışdan sonra öz mühasibinin əməyinə tamamilə başqa cür yanaşacaq.

Saytımızın istifadəçilərinə həmin filmi təqdim edirik.

 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email