Bu ölkədə bitkoin sərmayəçilərinə vergi endirimi gözlənilir

posted in: Xəbər | 0
birbank biznes

bitkoinFransa parlamenti Maliyyə komitəsinin bitkoin sərmayəçilərindən tutulan verginin ölkə ərazisində digər sərmayə qazanclarından tutulan vergi ilə eyni səviyyəyə endirilməsini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini bəyan etmişdir.

Maliyyə komitəsinin  rəhbəri Erik Voertin irəli sürdüyü qanun layihəsi çərçivəsində  bitkoin satışından tutulan 36 faizlik verginin digər əlavə dəyər gətirən qazanclara tətbiq olunan vergilər kimi 30 faizə endiriləcəyi nəzərdə tutulur.
Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?

«Le Fiqaro» qəzetinin yazdığına görə, bu vergi endiriminin «koinbeys» və ya «lokal bitkons» kimi kripto pul vahidləri birjasından mənfəət əldə etmək üçün aparılan satışlarla yanaşı, «hər hansı bir xidmət qarşılığında istifadə edilməsi» halında da tətbiq olunması qiymətləndirilir. Kriptovalyuta vahidlərinə münasibət ölkə üzrə müsbət qarşılanır. Maliyyə naziri Bruno le Maire bundan əvvəl «Fransanı Avropanın kriptovalyutanı ictimaiyyətə ilk təklif edən mərkəz halına gətirmək» istədiyini bildirmişdi. Fransa xəzinədarlığına məsul Sebastian Raspiller isə son müsahibələrindən birində «blokçeyn texnologiyası, maliyyə sektoru da daxil olmaqla, son dərəcə yenilikçi imkanlar təklif edir və Fransa blok zəncirinin qanuni şəkildə istifadə olunmasına şərait yaradan qanun layihəsini təsdiqləmiş ilk ölkələrdən biridir», – demişdir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email