Bölüşdürülməmiş mənfəətin xərcə yönləndirilməsi hər hansı vergi öhdəliyi yaradırmı?

posted in: Xəbər | 0
birbank biznes

bölüşdürülməmiş mənfəətSual: Daşınmaz əmlakı icarəyə verən müəssisənin binanın daxili və xarici hissələrinin təmiri nəticəsində 10.000 manat məbləğində təmir xərci yaranmışdır. Müəssisənin əvvəlki illərindən 12.000 manat istifadə edilməmiş bölüşdürülməmiş mənfəət yaranmışdır.

  • Yaranmış 10.000 manatlıq təmir xərcini müəssisənin əvvəlki illərinin bölüşdürülməmiş mənfəət hesabına (12.000 manatın 10.000 manat təmir xərcinə istifadəsi) silinməsi mümkündürmü?
  • Mümkündürsə bölüşdürülməmiş mənfəətin təmir xərcinə yönləndirilməsi hər hansı vergi öhdəliyi yaratmır ki?
  • Əgər təmir xərcinin bölüşdürülməmiş hesabına silinməsi mümkündürsə mənfəət bəyannaməsinin əlavəsində bölüşdürülməmiş mənfəətdən təqdim edilmə və ya silinmə hissəsinə yazmaqla yekunlaşdırırıq?
Bax: Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?
Cavab: Bildiririk ki, vergi ödəyicisinin təmir xərcləri Vergi Məcəlləsinin 115.1-ci maddəsində müəyyən edilən həddlərdə gəlirdən çıxılır. Təmir xərclərinin müəyyən edilmiş normadan artıq olan məbləği cari vergi ilinin sonuna əsas vəsaitlərin qalıq dəyərinin artırılmasına aid edilir və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Bununla belə, Vergi Məcəlləsinin müddəaları, yalnız təmir xərclərinin gəlirdən çıxılan məbləğini məhdudlaşdırır və vergi ödəyicilərinin digər mənbələr, o cümlədən də bölüşdürülməmiş mənfəət hesabına təmir işlərini həyata keçirməsini qadağan etmir. Bölüşdürülməmiş mənfəətin istifadəsi “Mənfəət vergisinin bəyannaməsi”nin Əlavə 1-nin “Əvvəlki illər üzrə bölüşdürülməmiş mənfəət” sətirinin “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütünlarından birində göstərilməlidir.
Bax: Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?

Bax: Vergi Məcəlləsinin 15.8-ci maddəsi, vergilər nazirinin 13.01.2017-ci il tarixli 1717040100030800 №–-li Əmri ilə təsdiq edilmiş ““Mənfəət vergisinin bəyannaməsi’nə Əlavə №– 1-in tərtib edilməsi Qaydası”

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Print Friendly, PDF & Email