Böyük Britaniyada işlə bağlı maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0

  • Böyük Britaniyada olduqca maraqlı bir peşə var ki, bununla təxminən 30 il bundan qabaq biz də rastlaşmışıq. Peşəkar növbə saxlayanlardan söhbət gedir. Adətən növbə saxlayanların xidmətindən əsasən hər hansı bir mağazada endirimli malların və ya yeni iPone mobil telefonlarının satışı zamanı istifadə olunur.
  • İlk proqramçı qadın britaniyalı olub, onun adı Ada Lovelace-dir. Hesablama maşınları üçün ilk proqramı XIX əsrdə məhz, həmin qadın yaradıb.
  • Pulsuz tibbi xidməti (National Health Service) Böyük Britaniyada o qədər yüksək səviyyədə inkişaf edib ki, hətta onun həkimlərinin xidmətindən kral ailəsinin üzvləri belə istifadə edirlər.
  • Bu ölkədə çoxlu könüllülük proqramı fəaliyyət göstərir və britaniyalıların əksəriyyəti həftədə bir neçə saat könüllü kimi çalışmağa adət ediblər. Təbii ki, onlar buna görə əmək haqqı almırlar, amma bu işdə fəaliyyət göstərənlərə xeyli güzəştlər, məsələn, rabitə xidmətinin ödənişləri və nəqliyyatdan istifadə zamanı ödənişlər nəzərdə tutulub. Britaniyalılardan ötrü başlıca motivasiya isə könüllülük işinin ən prestijli çalışma sahəsi kimi qəbul olunmasıdır.
  • İşəgötürənlər işə qəbul zamanı ilk növbədə könüllü kimi çalışan namizədlərə üstünlük verirlər.
  • Böyük Britaniyada bütün əməkdaşlar ciddi şəkildə təlimata uyğun olaraq işləyirlər, o səbəbdən bütün standart məsələlər çox tez və asanlıqla həllini tapır. Lakin, dövlət qulluqçusuna və ya digər instansiyaya standart olmayan bir problemlə müraciət etsəniz, o vaxt sizi digər instansiyalara göndərib, müxtəlif arayışlar gətirməyi xahiş edəcəklər ki, bu da məsələnin həllini kifayət qədər uzadacaq.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *