Britaniya şirkəti onlarla öz əməkdaşını milyonçu edib

posted in: Xəbər | 0
birbank biznes

qida qıtlığı, ƏDV, ictimai iaşə, varlıların vergiləri, vergi,Böyük Britaniyanın The Hut Group texnologiya şirkətinin qurucusu Mett Moldinq,  öz firmasının 74 əməkdaşına şirkətin səhmlərini hədiyyə etməklə, onları milyonçuya çevirib. Bu haqda Mirror nəşri xəbər verib.

Son on il ərzində təxminən 430 əməkdaş (menecerlər və katiblərdən tutmuş, anbar fəhlələrinə qədər) pulsuz səhmlər əldə ediblər. Məsələn, firmada iki ildən də az vaxt ərzində işləyən sürücü, 40 min funt sterlinq (53 min ABŞ dolları) qazanc əldə edib. “Biz Britaniya korporasiyaları tarixində istənilən şirkətdən daha çox milyonçu yaratmışıq”, – Moldinq belə söyləyib. Onun sözlərinə görə, işçi-milyonçuların sayı yüksəlməkdə davam edəcək.

Personal üçün ayrılan təxminən bir milyard funt sterlinqə yaxın (1,3 milyard dollar) səhm məbləğinin, təqribən 175 milyon funt sterlinqini (233 milyon dollar)  hələ bölüşdürmək lazım gələcək. Moldinq həmçinin bəyan edib ki, o, özünün bütün əmək haqqını – 750 min funt sterlinqi (997 min dollar) xeyriyyə işlərinə ayırmağı planlaşdırıb.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email