Bu şəxslərin aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

vergi güzəştiHəlak olmuş döyüşçünün övladının muzdlu işlə əlaqədar əldə etdiyi aylıq gəlirinə vergi güzəşti tətbiq edilirmi?

Fiziki şəxslərə münasibətdə gəlir vergisindən azadolmalar və güzəştlər Vergi Məcəlləsinin (VM) 102-ci maddəsi ilə müəyyən edilmişdir.

Mövcud qanunvericiliyə əsasən, Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 1 misli (2018-ci il üçün 173 manat), illik gəliri 30.000 manatadək olduqda, ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azaddır (VM, maddə 102.1.6).

Bax: Sabit vergi ödəyicilərinin siyahısı genişlənir

Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır (VM, maddə 102.2.5).

Qeyd olunan müddəalara əsasən:

Həlak olmuş döyüşçünün övladının muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirinə VM-in 102.1.6-cı maddəsində nəzərdə tutulan vergi güzəştindən əlavə vergi güzəşt və azadolmaların tətbiqi hazırda qüvvədə olan vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Bax: Vergi məcəlləsinin 58.8.2 maddəsi üzrə maliyyə sanksiyası kimə tətbiq edilə bilər???
Eyni zamanda 1 yanvar 2019-cu ildən həlak olmuş döyüşçünün övladının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutan vergi güzəşti-nin tətbiqi ilə bağlı müddəalar «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun layihəsinə daxil edilmişdir.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.       

 

Print Friendly, PDF & Email