Vergi məcəlləsinin 58.8.2 maddəsi üzrə maliyyə sanksiyası kimə tətbiq edilə bilər???

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergi məcəlləsi

Sual: Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

  • Burda satıcı ya alıcıya maliyyə sanksiyası tətbiq olunur?
  • Obyekt icarəyə verən və alan üçün elektron qaimə-faktura olmadığı halda sanksiya tətbiq oluna bilərmi?
Həmçinin bax: Vergi Məcəlləsinin 166.1.1 maddəsinə əməl etməyib, dövriyyəni olduğu ayda bəyan etdikdə cərimə hesablana bilər?

Cavab: Bildiririk ki, Vegi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sansiyası yalnız vergi ödəyicisinin sahibliyində olan malların alışına münasibətdə 3 sənəddən biri, yəni qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlər olmadığı halda tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanlarını bu linkə daxil olaraq izləyə bilərsiniz.
Print Friendly, PDF & Email