CAR vergi sistemi barədə bilmədiklərimiz

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

CARCənubi Afrika Respublikasında 9 vergi növü mövcuddur. Onlardan 3-ü əməklə, 2-si gəlirlə,  digər 4-ü isə başqa sahələri əhatə edən vergilərdir. CAR-ın vergi sistemi ərazi mənbələrinə əsaslanır. Bütün vergilər yalnız “daxili” mənbələr üzrə ödənilir. Hər şey ona əsaslanır ki, bu ölkədə CAR ərazisindən kənarda əldə edilən heç bir gəlir vergiyə cəlb olunmur. Bu həm rezidentlərə, həm də qeyri-rezidentlərə şamil olunur.

CAR-da əsas vergi dərəcələri:
  • Gəlir vergisi – 30%
  • ƏDV – 14%
  • Şirkətlərin paylanılan dividendlərinin məbləğindən tutulan ikinci vergi – 12,5%

Kapital artımından bu Afrika ölkəsində vergi tutulmur (yalnız hər hansı bir şirkətin aktivlərinin aşkar şəkildə satış üçün alınması istisna olmaqla).

Həm əcnəbi, həm də CAR şirkətlərinin dividendlərindən əldə olunan gəlirlər də vergiyə cəlb olunmur.

Texniki biliklər, təcrübə və texnologiyalara və Royaltilərə görə vergi dərəcəsi 12% həcmində müəyyən olunub.

CAR-da gəlir vergisi ödəyiciləri:                                 

Cənubi Afrika Respublikasında yaşayan və vergitutma zamanı bu ölkə ərazisində sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslər;

Alınan dividendlər: rezident olmayanlar və Cənubi Afrika Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər, eləcə də Cənubi Afrikanın hüdudlarından kənarda operativ şəkildə idarə olunan şirkətlər.

Adətən Cənubi Afrika Respublikası hüdudlarından kənarda yaşayan fiziki şəxslər və bu Afrika ölkəsindən kənarda idarə olunan və nəzarət edilən hüquqi şirkətlər dövlət səhmləri və qiymətli kağızları üzrə faizlər əldə ediblərsə, vergi ödəmirlər. Bundan əlavə, bu ölkənin ərazisindən kənarda minimum 183 gün yaşayan CAR vətəndaşları da həmin faizlərdən vergi ödəmirlər.

CAR-da tətbiq olunan yeni vergi növləri.

Cənubi Afrika Respublikası atmosferin çirkləndirilməsinə qarşı ümumdünya hərəkatına qoşulduğunu bəyan edib və bununla bağlı üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərdən biri də atmosferə zəhərli tullantıların atılmasına görə verginin müəyyən edilməsidir. Bundan əlavə, CAR-da qumar oyunları, kazinolar və s bu kimi azartlı oyunlarla bağlı da vergi təyin olunub. Bununla bağlı vergi dərəcəsi isə 15% həcmində müəyyən olunub.


Həmçinin bax: İtaliyada absurd vergilər

Maraqlıdır ki, Cənubi Afrika Respublikasında  əmək haqları heç də pis deyil. Misal üçün CAR-da xarici dil müəllimi ayda 1268 ABŞ dollar qazanır. Ümumiyyətlə, təhsil sahəsində aylıq maaşlar 1500 dollar təşkil edir. Həkimlər 2271 dollar, mühasibat sahəsində çalışanlar isə 2295 dollar əmək haqqı alırlar.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email