Çin iqtisadiyyatı dünyada koronavirusdan sonra özünü ilk bərpa edən iqtisadiyyat oldu

posted in: iqtisadiyyat, Xəbər | 0
birbank biznes

Çin iqtisadiyyatı dünyada koronavirus pandemiyasından özünü bərpa edə bilib. Artıq bu sahədə yüksəliş özünü göstərməkdədir. Ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ikinci rübündə ölkədə ÜDM 3,2 faiz artım göstərib. Belə məlumatlar ÇXR statistika idarəsi tərəfindən verilir.

Artım sayəsində Çin texniki tənəzzüldən (ÇXR iqtisadiyyatı, ən azından bu ilin ilk iki rübündə dalbadal aşağı düşmüşdü) yayına bilib. Belə ki, birinci rübdə ölkənin ÜDM-i 6,8 faiz aşağı düşmüşdü. Hakimiyyət orqanları tərəfindən tətbiq edilən məhdudiyyətlərin zəifləməsi, hökumət tərəfindən həyata keçirilən bir sıra stimullaşdırıcı tədbirlər, həmçinin kənd təsərrüfatında (3,9 faiz), sənayedə (4,4 faiz) və digər sahələrdə göstəricilərin yüksəlməsi, iqtisadiyyatın artımına gətirib çıxaran əsas amillər hesab olunur. Amma bu ilin ilk altı ayı ÜDM-nin 2019-cu illə müqayisədə 1,6 faiz azalmasına gətirib çıxarmışdı.

İqtisadiyyatda vəziyyətin yaxşılaşmasına baxmayaraq, çin səhmləri beş aydan da çox müddət ərzində iyulun 16-da özünün ən güclü enişini nümayiş etdirib. Shanghai Composite indeksi həmin gün 4,5 faiz aşağı düşmə ilə bağlanıb. Reuters agentliyinin müraciət etdiyi analitiklərin fikrincə,  investorlar səhmləri satmağa can atırlar. Çünki Çin-Amerika münasibətlərinin daha da pisləşəcəyindən və Çinin hakimiyyət dairələri tərəfindən pul-kredit siyasətinin sərtləşdiriləcəyindən ehtiyat edirlər.

İyun ayında China Beige Book International (CBB International) şirkəti Çinin ÜDM-nin 2020-ci ilin may-iyun aylarında ardıcıl olaraq ikinci rübdə aşağı düşəcəyini proqnozlaşdırmışdı. Bloomberg mütəxəssisləri isə 1,5 faiz artım proqnozlaşdırmışdılar. May ayında Pekin 1994-cü ildən bəri ilk dəfə olaraq 2020-ci ildə ÜDM-in artımı üzrə hədəf göstəricilərini müəyyənləşdirməyib.


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email