Çin Xalq Respublikasının vergi sistemi barədə bilmədiklərimiz (4-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0
birbank biznes

ÇXRResurs vergisi – Bu vergi növü ÇXR-də faydalı qazıntılar (Çinin dəniz əraziləri də daxil olmaqla) istehsalı ilə məşğul olan təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir.

Hüquqların keçməsinə görə vergi

Bu vergi torpaq sahələri və ya bina, tikili, qurğu, otaqlardan istifadəyə görə mülkiyyət hüququ qazanmış şəxslər tərəfindən ödənilir. Hüquqların keçməsinə görə vergi stavkası 3%-dən 5%-ə qədər təşkil edir.

Şəhər təmiri və tikintisinə görə vergi

Şəhər təmiri və tikintisinə görə vergi faktiki ödənilmiş ƏDV, istehlak vergisi və sahibkarlıq fəaliyyəti ilə bağlı tutulan vergilərin məbləğindən ödənilir. Vergi stavkası vergi ödəyicisinin yerləşdiyi yerdən asılı olur  və şəhərlər və şəhər rayonlarında 7%, rayon mərkəzlərində və ya qəsəbələrdə 5%, kənd yerlərində isə 1% təşkil edir.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Tütün yarpağına görə vergi

Tütün yarpağına görə vergi tütün yarpağının alışı ilə məşğul olan şəxslər tərəfindən ödənilir. Bu zaman vergi stavkası əldə olunmuş tütün yarpaqlarının qiymətinin 20% təşkil edir.

Gerb yığımı

Çində gerb yığımı müqavilələr bağlanılarkən və dövlət orqanları tərəfindən şəhadətnamə, vəsiqə və digər sənədlərin verilməsi zamanı toplanılır. Yığım stavkası sənədin növündən və ya müqavilənin xarakterindən asılı olur.

Kənd təsərrüfatı torpaqlarına görə yığım

Kənd təsərrüfatı torpaqlarına görə yığım həmin torpaqların tikinti təyinatı ilə istifadəsi zamanı toplanır. Onun stavkası həmin regionda torpaq resurslarının orta təminatından asılı olaraq hər kv metrə görə 5 yuandan 50 yuanadək təşkil edir.

Həmçinin bax: Dünya ölkələrində vergi rejimi

Təhsilə görə əlavə yığım

Təhsilə görə əlavə yığım faktiki ödənilmiş ƏDV, istehlak vergisi və sahibkarlıq fəaliyyəti ilə bağlı ödənilən vergilərin məbləğindən ödənilir. Bu zaman ümumdövlət əlavə yığımı 3%, yerli yığım isə 2% təşkil edir.

İndi isə ÇXR-da hazırda mövcud olan əməkhaqqı ilə bağlı məlumatı da diqqətinizə çatdıraq.  2003-cü ildə bu ölkədə ayda 300 ABŞ dolları ekvivalentində Çin yuanı əksər ailələr üçün qəbulolunan məbləğ hesab olunurdu. 2017-ci ildə orta aylıq əməkhaqqı 740 dollara çatıb. Beləliklə, ölkədə minimal maaşlar 325 dollar təşkil edir. Diplomlu mühasib Çində il ərzində 17 000 dollar pul qazana bilir. Biznes və əcnəbi sərmayəçilər ilə iş təcrübəsi olan, beynəlxalq iqtisaditendensiyalar və maliyyə auditorluğu sahəsi üzrə analitiklər xüsusilə daha çox tələb olunurlar. Veb-saytların redaktorları ayda 2000 dollar əməkhaqqı alırlar.  Yüksək məvaciblər sırasında liderliyi isə heç şübhəsiz tərcüməçi peşəsi tutur. Əcnəbi sahibkarlarla əməkdaşlıq sahəsində çalışan sinxron-tərcüməçilərin aylıq məvacibi 3400 dollar təşkil edir. Beləliklə, 2018-ci ildə Çində müxtəlif sahələr üzrə aylıq maaşların həddi belə olacaq:

Maliyyə və mühasibatlıqda – 2700 ABŞ dolları; inteqrasiya olunmuş texnologiyalar sahəsində – 3500; elektro-energetika – 2920; elm və təhsil sahəsində – 3430; səhiyyədə – 2460; mədəniyyət və əyləncə sahəsində – 1300; topdansatış və pərakəndə ticarət – 1530; faydalı qazıntıların çıxarılması sahəsində – 4080; sosial sektorda – 1620; nəqliyyat xidmətində – 1306; daşınmaz əmlak səhəsi üzrə – 1089; tikintidə – 1780; sənaye istehsalı sahəsi – 2450; kənd təsərrüfatı sahəsində – 980; xidmət sahəsində – 1420; ictimai iaşə sahəsində – 2320 ABŞ dolları təşkil edəcək.

Məqalənin 3-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email