» » » Dəyər formulları

Dəyər formulları

posted in: Uncategorized | 0

Adətən bir-birini əvəz edə bilməyən ayrı-ayrı maddələr üzrə ehtiyatların və xüsusi layihələr üçün istehsal edilmiş və nəzərdə tutulmuş mal və xidmətlərin ilkin dəyəri onlara çəkilmiş fərdi məsrəflərin spesifik identifikasiyası vasitəsilə müəyyənləşdirilməlidir.


Məsrəflərin spesifik identifikasiyası kontkret məsrəflərin ehtiyatların müəyyən vahidlərinə aid edilməsini nəzərdə tutur. Bu qayda ilə uçotun aparılması xüsusi layihələrə aid edilməsi məqsədilə satın alınan və ya istehsal edilən mallara uyğundur. Lakin, məsrəflərin spesifik identifikasiyası ehtiyatların çoxlu sayda bir-biri ilə əvəzləşdirilə bilən vahidlərinin mövcud olduğu halda məqsədə uyğun sayılmır. Belə hallarda, mənfəət və ya zərər üzrə əvvəlcədən müəyyən edilmiş nəticəni əldə etmək məqsədilə ehtiyatlarda qalan vahidlərin seçilməsi üsulu tətbiq edilə bilər.


2 saylı Mühasibat Uçotunun Beynəlxalq Standartının 23-cü maddəsində qeyd edilənlərə aid olmayan ehtiyatların ilkin dəyəri “ilk mədaxil – ilk məxaric” (FİFO) və ya orta çəkili  dəyər düsturu əsasında hesablana bilər. Müəssisə, ehtiyatların ilkin dəyərinin hesablanmasında tətbiq etdiyi eyni düsturu xüsusiyyəti və istifadə edilməsi baxımından eyni olan bütün ehtiyatlara tətbiq etməlidir. Müxtəlif xüsusiyyətlərə malik olan və müəssisə tərəfindən müxtəlif cür istifadə edilən ehtiyatların ilkin dəyərini hesablamaq məqsədilə müxtəlif üsullardan istifadə edilə bilər.


Məsələn, biznesin bir sahəsində istifadə edilən ehtiyatlar müəssisə tərəfindən başqa sahələrdə istifadə edilən ehtiyatlardan fərqli şəkildə istismar edilə bilər. Lakin, ehtiyatların müxtəlif coğrafi məkanlarda yerləşməsi faktı (və ya müvafiq vergiqoyma qaydalarında olan fərq), özü-özlüyündə, ilkin dəyərin hesablanması üçün müxtəlif üsulların tətbiq edilməsinə kifayət etmir.


FİFO metoduna əsasən, hesabat dövrünün əvvəlində əldə olunmuş ehtiyat vahidlərinin və hesabat dövrünün sonunda ehtiyatda qalan vahidlərin müvafiq olaraq, satılması və istehsal edilməsi və ya əldə olunması nəzərdə tutulur. Orta çəkili  dəyər düsturunun istifadəsi zamanı hər bir vahidin dəyəri hesabat dövrünün əvvəlinə mövcud olan analoji vahidlərin orta dəyəri və hesabat dövrü ərzində alınmış və ya istehsal edilmiş analoji vahidlərin dəyəri əsasında müəyyənləşdirilir. Orta rəqəm müəssisənin iş şəraitindən asılı olaraq, vaxtaşırı və ya hər növbəti tədarük alındıqca hesablana bilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *