DATEDIF funksiyası – iki tarix arasındakı il, ay və gün fərqinin hesablanması

posted in: Excel, Xəbər | 0

DATEDIF funksiyası Excel-in gizli funksiyalarından biridir. Səbəbini bilmirəm. Yoxlamaq istəsəniz, Excel səhifəsində istənilən xanaya gedin, “=” işarəsini qoyub DATEDIF yazmağa başlayın. Digər funksiyalarda funksiyanın adını yazmağa başladığınız anda Excel sizə o ada uyğun funksiyaların siyahısını çıxarır, məsələn SUBTOTAL-da olduğu kimi:

DATEDIF funksiyası

Eynisini DATEDIF üçün etsək qarşımıza heç bir təklif variantı çıxmayacaq.

“DATE” ilə başlayan sadəcə DATE və DATEVALUE funksiyaları təklif olaraq gəldi, amma DATEDIF-dən xəbər yoxdur.

DATEDIF funksiyası

Lakin, funksiyanı sona qədər yazıb, mötərizə işarəsini qoyduğumuz anda, gizlədilmiş funksiya üzə çıxır.

DATEDIF funksiyası

Dediyim kimi, bu cür faydalı funksiyanın niyə standart funksiyalar kimi işləmədiyinin səbəbini bilmirəm, bilən olsa, zəhmət olmasa paylaşsın.

Həmçinin oxu: NETWORKDAYS funksiyası – 2 tarix arasındakı iş günlərinin sayı

Bu funksiya vasitəsilə biz, 2 tarix arasındakı il, ay, gün və bu üçünün istənilən kombinasiyasından əmələ gələn fərqləri dəqiqliklə öyrənə bilərik. Öncəliklə, gəlin funksiyanın işləyiş mexanizminə baxaq.

DATEDIF funksiyası

Funksiya daxil edildikdən sonra, Excel bizdən başlanğıc və bitiş tarixlərini girməyimizi istəyir. Bizim misalda bu, D14 və D15 xanalarıdır. Daha sonra bu 2 tarix arasındakı fərqin hansı formatda əks olunacağını müəyyən edən bəzi hərfi kombinasiyalar girilir.

  • İl fərqini öyrənmək üçün – y
  • Ay fərqini öyrənmək üçün – ym
  • Gün fərqini öyrənmək üçün – md

hərfi birləşmələrindən istifadə etmək lazımdır. Unutmayın, formul içərisinə yazılan hər bir mətn formatlı yazılar dırnaq (“”) işarələri arasında daxil edilməlidir.

Həmçinin oxu: Exceldə WORKDAY funksiyası

Start date və end date xanalarına aid tarixləri dəyişdirdiyinizdə illərin, ayların və günlərin dəyişdiyini görəcəksiniz. Bu cür hesablamalar əsasən işçilərin staj müddətləri hesablanarkən çox faydalıdır.

Çalışma faylını əlavədən yükləyə bilərsiniz – Datedif Funksiyası (121 downloads)

Müəllif: Elçin Xəlilov

Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *