Dünya ölkələrində icarə qiymətləri (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

Dünya ölkələrində icarə qiymətlərinin hansı həddə olması böyük maraq doğurur. Məsələn, bizdəkindən fərqli olaraq əksər inkişaf etmiş Qərb ölkələrində yerli sakinlərin bir çoxu yaşamaq üçün şəxsi ev və ya mənzil əvəzinə icarə evlərə və ya mənzillərə üstünlük verirlər. Bu mənadə icarə qiymətləri maraq doğurmaya bilmir. Elə də olur ki, kimlərsə başqa ölkələrə hətta turist kimi səyahət etdikdə belə, oteldə qalmaq əvəzinə şəxsi mənzil kirayə götürməyə üstünlük verirlər. Həmçinin icarə şərtlərini öyrənmək də bizcə yerinə düşər.

Beləliklə, müxtəlif ölkələrdə icarə qiymətlərinə diqqət yetirək.

icarə qiymətləriAmerika Birləşmiş Ştatları

ABŞ-da mənzillərin icarəsi onların sahibləri tərəfindən tənzimlənir. Sözügedən sahədə bütün dəyişikliklər qəti şəkildə qanunvericilikdə öz əksini tapıb. İcarə haqqı il ərzində yalnız bir dəfə, özü də maksimum 6% həcmində dəyişdirilə bilər. Təəccüblü görünsə də, dünyanın ən kapitalist şəhərində, Nyu-Yorkda Manhetten istisna olunmaqla, ayda 150 avroya mənzil kirayə etmək olar. Orta aylıq əmək haqqının 2000 avroya yaxın olduğu bu meqapolisdə yaxşı yaşamaq mümkündür. Əgər, vətəndaş icarə haqqına görə 700 avro ödəmək qabiliyyətindədirsə, onda Manhettənə də buyura bilər.  Amerika qanunvericiliyində müqavilənin vaxtından əvvəl pozulmasına görə sanksiyalar nəzərdə tutulub, amma reallıqda buna demək olar ki, əməl olunmur, belə ki, məhkəmə çəkişmələrinə ayrılan xərclər əldə olunacaq gəlirləri üstələyir. İqtisadi böhran zamanı icarə qiymətləri cəmi 70-150 avro aşağı düşüb.


icarə qiymətləri

 

Kanada

Kanadada Toronto şəhərinin mərkəzi rayonlarında yaşamaq prestijli sayılmır, şəhər mərkəzində əsasən leqal və qeyri-leqal mühacirlər yaşayır, çünki burada müxtəlif hakimiyyət orqanlarının diqqətindən qaçıb gizlənmək daha asandır. O səbəbdən burada mənzillər kənara nisbətən bir qayda olaraq ucuz olur: kənarlarda 50 kv metrlik mənzil 1000 avroya başa gəlirsə, mərkəzdə belə mənzilin  kirayə haqqı 700 avro təşkil edir. İstilik təchizatı, elektrik enerjisi, zibil daşınması və digər kommunal xidmətlər də bu məbləğə daxildir.

 


icarə qiymətləriAvstraliya

Brisbenin qızılı qumlu sahillərində aylıq kirayə haqqı 360 avrodan 1100 avroya kimi, maksimum 1750 avro təşkil edir. Turistlərdən adətən həftəlik haqq alınır ki, bu da ümumi məbləğə demək olar ki, təsir etmir, sadəcə aylıq məbləğ dörd yerə bölünür. Burada icarə haqqı Sidneydəki qiymətlərdən ucuzdur, Sidneydə kirayə haqları 640 avrodan 2600 avroyadək olan hüdudlarda tərəddüd edir. Ortalama qiymət isə 1824 dollar təşkil edir. Həftəlik icarə haqqı təxminən mənzilin qiymətinin 0,09% təşkil edir. Əmlak üzrə bəzi mütəxəssislər rahatlıq üçün həftəlik icarə haqqını hesablamaq üçün bu formuldan istifadə edirlər: A = (C/1000 – C/10 000), burada A – həftəlik icarə haqqı, C – evin və ya mənzilin qiymətidir. Bu formula əsasən 25000 avroluq mənzil həftədə minimum 226 avroya (qiymətin 0,09%) icarəyə verilir.


icarə qiymətləriTürkiyə

Türkiyədə mənzil kirayələnməsi – bundan on illərdir ki, Avropadan gedən milyonlarla turistlər istifadə edirlər. Statistikaya görə, daşınmaz əmlak üzrə Türkiyədə ən bahalı şəhərlər İstanbul və Antalya hesab olunur. Rayondan asılı olaraq, İstanbulda mənzil kirayələnməsi ayda 300-400 avroya başa gəlir. Antalyada isə qiymətlər bundan demək olar ki, iki dəfə ucuzdur. Belek, Sida və ya Kuşadasında iki-üçmərtəbəli villa kirayələnməsi ayda 2000-2500 avroya başa gəlir. “Liderlər” üçlüyünü kurort şəhəri İzmir qapadır, burada mənzil icarəsinin qiyməti 284 avro təşkil edir. Türkiyənin paytaxtı Ankara ayda 277 avro qiymət ilə yalnız dördüncü yerdə qərarlaşıb. Ondan sonra kurort şəhərləri Bursa, Muğla və Düzcə gəlir. Siyahıda son yerləri Türkiyənin çənubi-şərq vilayətləri tutur. Misal üçün, Şırnakda aylıq mənzil kirayəsi 54 avro, Adıyamanda isə cəmi 42 avro təşkil edir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email