Dünyada son 22 il ərzində ilk dəfə yoxsulluq səviyyəsi yüksəlib

posted in: Xəbər | 0

BMT, kütləvi aclıq,Dünyada son 22 il ərzində ilk dəfə yoxsulluq səviyyəsi yüksəlib. Bunu BMT-nin baş katibi Antoniu Quterriş bəyan edib. Sözügedən məlumat barədə xəbəri RİA Novosti agentliyi yayıb.

“Gözlənilir ki, qeyri-sabit bölgələrdə və münaqişələrdən təsirlənən regionlarda iqtisadi fəallığın azalması, daha 18-27 milyon insanın yoxsullaşmasına gətirib, çıxaracaq”, – BMT baş katibi belə söyləyib.

Quterriş həmçinin qeyd edib ki, Dünya bankının hesablamalarına görə, dünyada olan ən yoxsul adamların üçdə ikisi 2030-cu ilə qədər qeyri-stabil ölkələrdə yaşayacaqlar. O, münaqişələrin yoxsulluğa və institutların qeyri-sabitliyinə aparıb çıxardığını bəyan edib.

Bundan bir qədər əvvəl Quterriş koronavirus pandemiyasının nəticələri üzündən dünyanın son 80 ildə ən pis iqtisadi tənəzzüllə qarşılaşa biləcəyini söyləmişdi. BMT rəhbəri həmçinin yoxsulluq səviyyəsi və aclıq təhlükəsinin hədsiz artacağı barədə də proqnoz vermişdi.

TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *