Dünyanın “Məşhur Mühasib”-ni kim tutdurdu?

Dünyanın “ Məşhur Mühasib ”-i Al Kaponeni kim həbs etmişdi?


TELEGRAM KANALIMIZA ÜZV OLUN


Bütün dünyaca məşhur qanqster və mafiya başçısı Al Kaponenin bir peşəsi də mühasib olub. Yəqin ki, bu haqda məlumatı olanlar az deyil. Yəqin elə o səbəbdəndir ki, ABŞ-ın hüquq-mühafizə orqanları uzun müddət bu mafiya başçısını həbs etmək üçün həyata keçirdiyi cəhdlər boşa çıxırdı. Bu şəxsi nə qətllər, nə də digər cinayətlərinə görə həbsxanaya sala bilməmişlər. Lakin, sonda bu mümkün olub. Amma, sözügedən hadisə necə baş verib, bu haqda bir qədər geniş məlumat verək.

88 il bundan əvvəl, 1931-ci il oktyabrın 17-də ABŞ-ın ən məşhur cinayətkarı – Al Kapone həbs edilib. Bunu həmişə qəbul olunduğu kimi heç də FTB agentləri etməmişdilər. Yox, o, vergi xidmətinin agentləri tərəfindən həbs olunmuşdu.

O dövrdə, ABŞ-da alkoqollu içkilərin satışının qadağan olunduğu zamanlarda, Al Kapone bu içkilərin qeyri-leqal tədarükü ilə məşğul olurdu. Bu ona böyük miqdarda gəlirlər gətirirdi.

“Şəxsi heç nə yoxdur, bu sadəcə biznesdir!” məşhur ifadəsi məhz, Al Kaponeyə məxsus idi. “Pulların yuyulması” ifadəsi də öz başlanğıcını elə bu qanqsterdən götürüb. İş onda idi ki, əyri yollarla qazanılan pullar xüsusi xidmət orqanlarının diqqət mərkəzində olduğundan, Al Kapone həmin pulları xərcləməkdə çətinlik çəkirdi, bu səbəbdən o, çirkli pulların “yuyulmasından” ötrü böyük bir şəbəkə qurmuşdu ki, orada həmin məbləğlər aşağı qiymətlə qəbul edilirdi. Müştərilərin real sayı çox olduğundan, gəlirlər qrafasında demək olar ki, istənilən rəqəmi yazmaq olurdu.

Prezident Herbert Huver bütün xüsusi xidmət orqanlarına Al Kapone ilə ciddi məşğul olmağı tapşırmışdı. “Mən istəyirəm ki, bu oğlan həbsxanada olsun” – ibarəsi prezidentə məxsus idi ki, o belə bir ifadə ilə maliyyə naziri Endyu Lellona müraciət etmişdi və bu Kaponeyə qarşı qarmağın atılmasında böyük rol oynadı.

Onu qətldə ittiham edən federal hökumət Kaponenin həbsi üçün çoxdan səbəb axtarırdı, lakin polisdə bununla bağlı dəlil-sübut olmadığından, qanqster hər dəfə bütün ittihamlardan bacarıqla canını qurtarırdı. Və elə o zaman Al Kaponeni vergiləri ödəməməkdə ittiham edib, tutmaq qərarına gəldilər.

Cəmiyyətin bir nömrəli düşməninə qarşı bu nümunəvi ovda baş rol daxili yığımlar xidmətinə (DYX) tapşırılmışdı. İqtisadi polis tərəfindən hücum təşkil olunmuşdu. Bu xidmət uzun çəkən beş il ərzində Al Kapone barədə məlumatlar topladı, nəhayət qanqsterə ittiham irəli sürmək üçün lazımi qədər sübut və dəlillər toplandı. Mafiya başçısı vergidən yayınma ittihamı ilə həbs edildi və bunu sübuta yetirmək mümkün oldu. Bu tarixi bir hadisə idi.

Al Kapone dövründə bu elə də bir yenilik deyildi. Əksər amarikalılar kimi o da qeyri-leqal gəlirlərdən vergi ödəmədiyinə görə insanın həbs oluna biləcəyinə inanmaqdan imtina edirdi.

Qeyri-leqal fəaliyyətlə məşğul olan amerikalı FTB-nin və polisin izləmələrindən dəfələrlə yayına bilirdi, amma, vergi idarəsinin izləməsindən heç vaxt qaçmağı belə düşünmürdü. Üzərinə düşən bütün vergiləri, o cümlədən qeyri-leqal fəaliyyətlə bağlı vergiləri ödəyəndə, vergi orqanları səndən əl çəkirdi, amma, bu zaman FTX və prokurorluq işə qarışırdı. Qeyri-leqal biznes barədə susanda isə onlar da səndən uzaqlaşırdı, amma, vergi polisi böyük diqqətlə sənin bütün bank hesablarını və xərclərini yoxlamağa başlayırdı. Və bu dəfə artıq vergi işləri ilə əlaqəli çağırış vərəqini gözləməli olurdun.

FTB Çikaqoya öz adamlarından ibarət bir dəstə, o cümlədən təkəbbürlü agenti Eliot Nessi və vergi idarəsinin məmuru Frenk Vilsonu göndərmişdi.

Eliot Nesə mafiya 2000 dollar (o zamanlar üçün bu böyük pullar idi) rüşvət təklif etmişdi, amma agent həmin pullardan imtina etmişdi.

O dövrdə vergi xidmətinə Elmar Ayri rəhbərlik edirdi. Elə o, öz agentləri üçün saxta şəxsiyyət vəsiqələri hazırlamağı əmr etmişdi. Həmin agentlər qanqsterin “ailəsinə” daxil olub, onun etibarını qazana bilmişdilər.

Kapone imperiyasının məhvinin başlanğıcını ABŞ Vergi polisi tərəfindən Çikaqo cinayətkar aləminə sızdırılan ən yaxşı agentlərdən biri, Eddi OʼHeyr qoydu. O, vergi müfəttişlərinə Kapone imperiyasının real dövriyyəsini əks etdirən və Kapone tərəfindən gizlədilən sənədlərin yerini nişan verdi və onun maxinasiyalarını əks etdirən mühasiblıq kitablarını əldə etməyə kömək etdi.

“Gizli ticarət kralını” isə Al Kaponenin məxfi idarələrindən birində təsadüfən uçot kitabına rast gələn təcrübəli mühasib Frenk Vilson həbs etdirdi. Al Kaponenin şəxsi mühasibi Lesli Şaumeyanı kitabdakı yazı xətti ilə müəyyən edən Uilson. Frenk Uilson həmin mühasibi axtarıb tapa bildi. Kaponenin mühasibinə məlumat mübadiləsi və əməkdaşlıq qarşığında toxunulmazlıq vəd olundu və onu prosesdə qanqstrerə qarşı ifadə verməyə məcbur etdilər.

Sənədlərin diqqətlə aparılan təhqiqatı göstərdi ki, Al Kapone hətta indinin özü üçün belə yüksək sayıla biləcək bir məbləğdə – 215 milyon dollarlıq vergiləri ödəməyib!

Prosesin özü zərgər dəqiqliyi ilə hazırlanmışdı – sübut və dəlillər çox az idi və məhkəmə işinin taleyi həmin sübutların necə təqdimatından asılı idi. İttiham 22 bölümdən ibarət idi, orada beş il ərzində ödənilməyən vergilərlə bağlı faktlar sadalanırdı.

Qəfildən həbs edilən Al Kapone məhkəmədə qışqırırdı: “Bu ki, absurddur! Siz qeyri-leqal gəlirlərə görə vergi ödənişləri tələb edə bilməzsiniz!” Amma, sən demə, bu mümkün imiş!

Təsdiq olunmuş və ödənilməmiş məbləğ o dərəcədə kiçik idi ki, Kapone bunu kiçik oğlunun cib xərcliyi üçün ayırdığı puldan ödəyə bilərdi, lakin, ittiham tərəfi “Bütün dövrlərin və xalqların qanqsterinin” bu işi məhkəmədən kənarda 400 min dollara (o dövr üçün kosmik məbləğ) yoluna qoymaq təklifini rədd etdi. Həmçinin onun öz təqsirini qismən etiraf etmək yolu ilə cəza müddətinin azalması təklifi də qəbul olunmadı.

Sonra isə vergi işçilərindən kimlərinsə qətlə yetirilməsi cəhdi də boşa çıxdı. İş məhkəməyə qədər çatdırıldı. Sonda o, andlı məhkəmə üzvlərini pulla ələ almağa girişdi (görünür bunu etməyə müvəffəq ola bilmişdi), amma, 1931-ci il oktyabrın 7-də məhkəmə iclasının başlanmasına bir neçə dəqiqə qalanda, hakim andlı üzvlərin heyətini tam şəkildə dəyişdirdi.

On gün ötdükdən sonra andlı məhkəmə üzvləri doqquz saatlıq qızğın müzakirələrin ardınca Al Kaponeni vergi cinayətlərində təqsirli bildilər. O, həmin dövr üçün maksimum cərimə məbləğinə – 50 000 dollar, həmçinin məhkəmə xərcləri kimi 30 000 min dollar və sözügedən cinayət əməlinə görə isə 11 il həbs cəzasına layiq görüldü. Bu vergi cinayətlərinə görə ABŞ tarixində çıxarılan ən uzunmüddətli cəza idi.

Beləliklə, peşəsinə görə həm də mühasib olan məşhur qanqster məhz, peşəkar mühasibin səyləri nəticəsində həbsxanaya salındı.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *