ƏDV bəyannaməsinin 307-ci sətrində, sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrə aid borcun daxil olması qeyd edilməlidir?

posted in: Vergi, Xəbər | 0
birbank biznes

ƏDVSual: Sualım Sadələşdirilmiş vergi ödəyicisinin ƏDV-yə keçən zaman uçotda yaranan çətinliklə bağlıdır.

A müəssisəsi 01.05.2018-ci il tarixə qədər sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Müəssisə 01.05.2018-ci il tarixdən ƏDV qeydiyyatına alınmışdır. 01.04.2018-ci il tarixdə A müəssisəsi B müəssisinə 20.000 manatlıq xidmət göstərmişdir. Göstərilmiş xidmətin 5000 manatı 15.04.2018-ci il tarixdə, qalan 15000 manat məbləği isə 18.05.2018-ci il tarixdə ödənilmişdir. 01.05.2018-ci il tarixdən ƏDV qeydiyyatına alındığı üçün müəssisə tərəfindən 2018-ci il 2-ci rüb Sadələşdirilmiş verginin ləğv bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş 2018-ci il 2-ci rüb ləğv bəyannaməsində AR VM 219.1-ci maddəsinə əsasən 801-1-ci sətrində 20.000 manat, 804-cü sətirində isə 5000 manat göstərilmişdir, həmçinin müvafiq olaraq Əlavə 1-də 1.4-cü sətirdə debitor borcları üzrə hesabat dövrünün sonuna 15000 manat göstərilmişdir.

Bax: Sosial şəbəkələrdə olan reklamlara görə Qeyri-rezidentə ödənişlər ƏDV bəyannaməsində necə əks etdirilməlidir?

Sual 18.05.2018-ci il tarixdə ödənilmiş 15000 manat (yəni sadələdirilmiş vergi ödəyici olduğu dövrdə göstərdiyi xidmətə görə ödənilmiş) məbləği ƏDV bəyannaməsinin hansı sətirində göstərilməlidir. Aydındır ki 15000 manat məbləğ ƏDV-yə cəlb olunan əməliyyat olmayacaqdır.

Cavab: Bildiririk ki, sadələşdirilmiş verginin ödəyicisi olduğunuz dövrdə göstərdiyiniz xidmətin ödənilməmiş dəyəri (debitor borcu) ƏDV ödəyicisi olduğunuz dövrdə daxil olduqda, həmin dəyər daxil olduğu hesabat rübündə sadələşdirilmiş vergiyə cəlb edilməli, bu barədə Sadələşdirilmiş verginin bəyannaməsi qeyd edilən hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və bəyan edilmiş vergi məbləği həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.

Bu əməliyyata ƏDV tətbiq edilmədiyi üçün ƏDV-nin bəyannaməsində də əks etdirilmir.

Bax: Vergi Məcəlləsinin 219.1-ci və 221.3-cü maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email