Rusiya parlamentinə ƏDV dərəcəsinin azaldılması barədə qanun layihəsi təqdim edilib

posted in: Xəbər | 0
birbank biznes

bəyannamə, xarici bank hesabı, kiçik biznes, vergi bəyannaməsi,rusiyada maaş,mühasiblər,Başda fraksiya lideri Gennadi Züqanov olmaqla Rusiya Federasiyasının Kommunist Partiyası Dövlət Dumasına 2025-ci ilə qədər əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin 20 faizdən 12 faizə endirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Parlamentin aşağı palatasının rəsmi saytında nəşr edilmiş sənədin izahat qeydlərində göstərilib ki, “ölkənin iqtisadi potensialının bərpası və inkişafı üçün” Vergi Məcəlləsinin 164-cü maddəsinin 3-cü bəndində dəyişiklik etmək təklif olunur. (ƏDV dərəcəsinin azaldılması)

Müəlliflər bu təşəbbüsü “Vahid Avrasiya iqtisadi məkanını formalaşdırmaq məntiqi” ilə izah ediblər: bu ittifaqa üzv olan ölkələrin əksəriiyətində iqtisadiyyat keçid səciyyəlidir və əlavə dəyər yaradılması ilə bağlı imkanları məhduddur.

Təklif olunan düzəlişlər qəbul edilsə, 2021-ci ilin yanvar ayından qüvvəyə minəcək.

Qeyd edək ki, Rusiyada ƏDV dərəcəsi 2019-cu ildə 18 faizdən 20 faizə qaldırılıb. Bu il fevral ayında “Ədalətli Rusiya” partiyasının deputatları bu verginin dərəcəsinin 15 faizə endirilməsi ilə bağlı qanun layihəsi təqdim etmişdilər.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV dərəcəsinin azaldılması
Print Friendly, PDF & Email