Azərbaycanda ƏDV ödəyicilərinin Məlumat Forması təqdim etmək üçün 4 gün vaxtı qalıb

posted in: Xəbər | 0

E-qaimə altsistemi, istifadəçi təlimatı, E-qaimə, bəyannamə, arayış, hesabat, Vergi bəyannamələri, maliyyə sanksiyası, Təsis paylarının yüklülüyü, təsis payı, Vergi borcu barədə arayış, , Yerli MMC, şirkət,Vergi Məcəlləsi, hüquqi şəxslər, Məcburi dövlət sosial sığorta haqları, Elektron, vergi uçotu, Vergilər Naziri, edv,vergi ödəyicisi, ƏDV qeydiyyatı, büdcə, aylıq vergi, Vergidən yayınma, Cari vergi ödəmələri,“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna əsasən, Azərbaycandakı əlavə dəyər vergisi (ƏDV) ödəyiciləri 1 yanvar 2020-ci il tarixinə yaranmış debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib etməli və bu ayın sonuna qədər vergi orqanına təqdim etməlidirlər. (ƏDV ödəyiciləri)

Bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin şöbə rəisi Emil Rəhimov məlumat verib.

Onun sözlərinə görə, formanın təqdim edilməsində məqsəd ƏDV-yə cəlb olunan əmaliyyatın vaxtı ile bağlı Vergi Məcəlləsinin 166-cı maddəsinə edilmiş dəyişikliyin nəzərə alınması, aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etməklə 1 yanvar 2020-ci il tarixdən əvvəlki dövrlərdə hesablanmış vergilərin təkrar hesablanmasının qarşısını almaqdır. Formanı həm də yanvarın 1-ə qədər ƏDV ödəyicisi olmuş, bu ilin yanvarından isə qeydiyyatdan çıxmış ödəyicilər də təqdim etməlidir. Yanvarın 1-dən sonra qeydiyyata alınmış ƏDV ödəyiciləri üçün Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmayıb.

Məlumat Forması kağız və ya elektron formada tərtib olunaraq vergi orqanına təqdim edilir. Kağız formasında tərtib edilən Məlumat Forması vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir. Vergi ödəyiciləri Məlumat Formasını elektron qaydada təqdim etmək üçün İnternet Vergi Idarəsi portalında yeni istifadəyə verilmiş elektron xidmətdən istifadə edə bilərlər. Bu məqsədlə Internet Vergi Idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsində yeni ərizə forması istifadəyə verilib. Vergi ödəyiciləri vaxtlarına qənaət edərək gücləndirilmiş (ASAN) imzadan istifadə etməklə Məlumat Formasını elektron qaydada vergi orqanına təqdim edə bilər. Lakin aparılmış monitorinqlər gösterir ki, vergi ödəyiciləri tərəfindən qeyd olunan Məlumat Formasının təqdim edilmə vəziyyəti qənəatbəxş deyildir. Həmçinin Məlumat Formalarının göndərilməsi zamanı tələb olunan qaydalara riayət olunmur. Müvafiq forma təqdim edilmədikdə (və ya heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin 1 yanvar 2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur.

ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyatın vaxtı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərlə yanaşı, Vergi Məcəlləsinə əlavə edilmiş yeni məzmunlu 76.1-1-ci maddənin tələblərinə əsasən, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar baradə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Bu zaman daxil olan vəsaitin əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından, qeyd olunan hal vergilərin yenidən (təkrar) hesablanması ile nəticələnə bilər. Eyni zamanda, qanunvericiliyə edilmiş dəyişikliklər nəzərə alınmaqla ƏDV bəyannaməsinin təsdiq olunmuş yeni formada debitor borcların hərəkəti ile bağlı ayrıca hissə nəzərdə tutulduğundan debitor borcların 1 yanvar 2020-ci il tarixə qalığı müəyyən edilərək bayannamadə əks olunmalıdır.

“Vergilər Nazirliyi bir daha xatırladır ki, daxil olacaq vəsaitin 1 yanvar 2020-ci il tarixindən əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanının müəyyən etməsində çətinliklər yaşanacağından, vergilərin yenidən (təkrar) hesablanmasının qarşısının alınması, əlavə inzibati yük və maliyyə riskinə məruz qalmamaları üçün vergi ödəyiciləri Məlumat Formasını 31 yanvar 2020-ci il tarixin qədər təqdim etməlidirlər”, – deyə nazirlik rəsmisi qeyd edib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
ƏDV ödəyiciləri, Məlumat Forması
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *