Ehtiyatların əldə edilməsinə çəkilən məsrəflər

posted in: Uncategorized | 0

Ehtiyatların əldə edilməsi üzrə məsrəflər adətən ehtiyatların alış qiymətini nəzərdə tutur, lakin bura həmçinin alış ilə bağlı bütün digər məsrəflər də daxil edilməlidir. Beləliklə, ehtiyatlar əldə edilərkən, vergi orqanları tərəfindən əvəzləşdirilən vergilər istisna olmaqla, ödəilən digər vergilər (məsələn, ƏDV) və ya idxal rüsümları ehtiyatların əldə edilməsinə çəkilən məsrəflərə daxil edilməlidir.

Məsələn, “Muğan” şirkəti xammalının bir hissəsini xaricdən idxal edən istehsalçıdır. Təchizatçının hesab-fakturasına əsasən, xammalın yüz kiloqramının qiyməti 10000 manat təşkil edir. Bununla yanaşı, 1000 manat məbləğində olan idxal rüsumu da, “Muğan” şirkəti tərəfindən ödənilməlidir.

 

Beləliklə, xammalın ilkin dəyəri hesab-fakturada göstərilən 10000 manat məbləğində deyil, idxal rüsumu da nəzərə alınmaqla 11000 manat məbləğində nəzərə alınmalıdır.

Ehtiyatların əldə edilməsi üzrə məsrəflərə həmçinin, daşınma və boşaldılma üzrə məsrəflər də daxildir.

Məsələn, “Xəzər” şirkəti televizorların alqı-satqısı ilə məşğuldur. Bir televizorun ilkin dəyəri 250 manat üstəgəl  daşınma xərci 20 manat təşkil edir. On 31.07.2006-cı il tarixdə “Xəzər” şirkəti 25000 manat (100 * 250) məbləğinə 100 ədəd televizor alır.

Bu zaman, daşınma xərcləri 1000 manat (100 * 20) təşkil etmişdir. Əgər hesabat dövrünün sonuna bu 100 ədəd televizorun heç biri satılmamışdırsa, müəssisənin ehtiyatlarının məbləği 27000 manat (25000+2000) və ya hər televizorun dəyəri 270 manat təşkil edəcək.

Ehtiyatların əldə edilməsinə çəkilən məsrəflərin müəyyən edilməsində ticarət endirimləri və digər oxşar güzəştlər hesaba alınmalı deyil.

Məsələn, “Xəzər” şirkəti televizorların alqı-satqısı ilə məşğuldur. Şirkət televizorun bir ədədini 250 manata alır, lakin 50 ədəddən artıq televizor sifariş edilərsə, təchizatçı 10% endirim təqdim etməyə razıdır. 20.12.2006-cı il tarixdə “Xəzər” şirkəti 75 ədəd televizor alır (və beləliklə, 10% endirim əldə edir), 27.12.2006-cı il tarixdə isə əlavə olaraq 25 ədəd televizor alır (bu televizorlara endirim tətbiq edilmir). Hesabat dövrüərzində bu televizorlardan heç biri satılmır və televizorların hamısı (100 ədəd) hesabat dövrünün sonunda “Xəzər” şirkətinin ehtiyatlarını təşkil edir.

Beləliklə, televizorların dəyəri aşağıdakı kimi qeyd olunacaq:

 

75 televizor 250 manatdan  –  75×250=18750

10% endirim=(1875)            

18750-1875=16875

 

25 televizor 250 manatdan = 6250

6250 + 16875 = 23125

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *