Ehtiyatların qiymətləndirilməsi

posted in: Uncategorized | 0

“Ehtiyatlar üzrə” kommersiya təşkilatları üçün 8 №-li MİLLİ MÜHASİBAT UÇOTU STANDARTININ 10-cu maddəsi ilə, ehtiyatların ilkin dəyər və mümkün xalis satış dəyərdən ən kiçik olan dəyər ilə qiymətləndirilməsi tələb olunur. Yəni, hər-hansı obyekt əldə edilərkən ödənilmiş dəyər bu obyektin hesabat tarixinə mövcud olan bazar dəyərindən fərqləndikdə, bu iki dəyərdən daha kiçik olan dəyər seçilərək maliyyə hesabatlarında əks etdirilməlidir.

Məsələn, “Araz” şirkəti avtomobillərin alqı-satqısı ilə məşğuldur. Şirkət bir il əvvəl 10000 manat məbləğinə avtomobil almışdır. Hal-hazırda isə bu avtomobilin bazar qiyməti 9000 manat təşkil edir və şirkət bazarda avtomobili bundan yuxarı qiymətə satmaq istəsə belə, onu alan olmayacaq.

Beləliklə, avtomobilin iki dəyəri mövcuddur: 10000 manat məbləğində ilkin dəyəri və 9000 manat məbləğində mümkün xalis satış dəyəri.

Standartın 10-cu maddəsinə uyğun olaraq, ehtiyatların tərkibinə daxil olan avtomobii qiymətləndirilərkən, onun  ilkin dəyəri və mümkün xalis satış dəyərindən ən kiçiyi, yəni 9000 manat götürülməlidir.

Hazırkı Standartın 11-ci maddəsinə uyğun olaraq, ehtiyatların ilkin dəyərinə onların əldə edilməsi, istehsalı və ya emalı, həmçinin hazırkı vəziyyətə və yerləşdiyi əraziyə gətirilməsinə çəkilən digər məsrəflər daxil edilməlidir.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *