Əmək sahəsində hüquq və azadlığı pozulan işçi hara müraciət edə bilər?

posted in: Xəbər | 0

İşçilərin, hüquq və azadlıqlarının təmin və bərpası ilə əlaqədar  aidiyyatı üzrə aşağıdakı dövlət və qeyri hökumət təşkilatlarına, ictimai təşkilatlara və mətbuat orqanlarına, məhkəmə orqanlarına Ərizə və Şikayətlə müraciət etmək hüququ vardır:

  1. Əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən və üzvü olduğunuz Həmkarlar İttifaqlarına. Həmkarlar İttifaqları pozulmuş hüquqlarınızın bərpası ilə əlaqədar İşəgötürənə müraciət edə bilər, sizə maddi və mənəvi dəstək verə bilər, məhkəmələrdə və digər orqanlarda sizin müdafiənizi təşkil edə bilər.
  2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət  nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinə. Bu qurum hüququnuz pozulduğuğu halda İşəgötürəni maddi və inzibati məsuliyyətə cəlb edə bilər. Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarı İşəgötürənlər üçün məcburi xarakter daşıyır.
  3. Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmələrə.
  4. Bu sahədə fəaliyyət göstərən əmək hüquqları üzrə ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatlarına.
  5. İnsan Haqları üzrə Azərbaycan Respublikasının Ombudsmanına.
  6. Şikayətinizin ictimailəşdirilməsi üçün Mətbuat, Televiziya və Digər Kütləvi İnformasiya Vasitələrinə.
  7. Azərbaycan Respublikası Vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısı olan Azərbaycan Respublikasının Prezidentinə.

Müraciətlərə baxılma qaydası

Aidiyyəti və tətbiq sahələri istisna olmaqlavətəndaşların müraciətlərinə  ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.

Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər.

Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.

Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.

Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

Mənbə: nhmt-az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *